07 Yanvar 2022 16:03
1158
CƏMİYYƏT
A- A+

Dəriyə faydaları var, sümükləri gücləndirir, qanazlığını aradan qaldırır, infarkt riskini azaldır

 

Brokkoli əsasən İngiltərə, İspaniya və İtaliyada becərilir. Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, brokkoli, eyni zamanda, mikroblarla mübarizə aparmaq və ayrıca antioksidan xüsusiyyətinə malik olan bir bitkidir. Bu gün brokkoli bir çox dünya mətbəxində istifadə edilməkdədir.

Brokkolinin dəriyə də faydaları var. Zərərli UV şüalarına qarşı qoruma qalxanı kimi çalışır. Tərkibindəki maqnezium sümükləri gücləndirir. Qanazlığını aradan qaldırır, xolesterolu və yüksək qan təzyiqini aşağı salır. İnfarkt riskini azaldır. Tərkibindəki vitamin və digər elementlərin zənginliyinə, dietik xarakterli olmasından irəli gələrək bu tərəvəzə ölkəmizdə son dövrlərdə tələbat yüksəlib.

Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda seleksiya proqramına uyğun olaraq tərəvəz bitkilərinin yeni sort və hibridlərinin yaradılması işləri intensiv şəkildə davam etdirilir. Ölkəmizdə son dövrlərdə daha çox populyarlıq qazanan tərəvəz növlərinin yeni sort və hibridlərinin yaradılmasına xüsusi diqqət yetirilir. Belə tərəvəzlərdən biri də brokkolidir. Seleksiya şöbəsinin mütəxəssisləri yeni sortlar üzərində tədqiqat işlərini həyata keçirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video