15 Avqust 2022 21:17
508
SİYASƏT
A- A+

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib

Avqustun 15-də Hərbi Dəniz Qüvvələrinin nəzarət-buraxılış məntəqəsində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə təşkil olunan “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hərbçilər, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin əməkdaşları, həmçinin yerli və xarici kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar

İdarəsinin rəisi polkovnik Elçin Xəlilov qonaqları salamlayaraq nazirliyin adından yarış iştirakçılarına uğurlar arzulayıb. Qeyd edilib ki, yarışın məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır.

Çıxış edən Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi də “Dəniz kuboku” yarışlarında iştirak edən ölkələrə uğurlar arzulayıb.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, artıq beşinci ildir təşkil edilən müsabiqə bu il də şəffaf şəraitdə, yüksək səviyyədə və dostluq çərçivəsində keçirilir. Ölkəmiz müsabiqəyə böyük qələbə əhval-ruhiyyəsi ilə hazırlaşıb.

Prezident İlham Əliyevin Orduya göstərdiyi diqqət və qayğısı nəticəsində ölkəmizdə bu cür yarışların keçirilməsinin əhəmiyyətini vurğulayan Sübhan Bəkirov deyib ki, bu yarışlar iştirakçı ölkələr arasında həmrəyliyi daha da gücləndirir: “Bu cür tədbirlər Xəzər dənizində sülh, qonşuluq münasibətlərinin inkişafına təkan verir".

Sübhan Bəkirov keçirilən yarışların müxtəlif ölkələrin hərbi dənizçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında, onların peşəkarlaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq komandalara uğurlar arzulayıb.

Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, avqustun 27-dək davam edəcək “Dəniz kuboku” yarışlarında Azərbaycan, İran, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, eləcə də Rusiya Dəniz Donanmasının gəmi heyətləri iştirak edirlər.

"Dəniz kuboku" müsabiqəsi üç mərhələdə keçirilir. Bunlar artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlılığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video