“Çünki oldun..." əkinçi
Ölkənin hər bölgəsində olduğu kimi, Ağstafa rayonunda da əkin sahələrindən daha səmərəli istifadə olunması qarşıda duran ən mühüm məsələlərdəndir. Bu, səbəbsiz deyil. Ən müxtəlif səbəblərdən ərzağa artan tələbat fonunda başqa çıxış yolu sadəcə yoxdur.
Bu gün rayonda 21501 hektar əkin sahəsi mövcuddur ki, onun da 9 min hektarında taxıl yetişdirilir. Dövlətin taxılçılığın inkişafı ilə bağlı verdiyi dəstəkdən yararlanan fermerlər hər il uğurlarını artırırlar. Bu baxımdan keçən il də istisna olmamışdır - 2022-ci ildə zəmilərin hər hektarından yüksək məhsul götürülmüşdür. Fermerlər keçən ilin məhsulu üçün 9015,6 hektarda səpin aparmışlar. Bunun 6952,6 hektarı buğda, 2063 hektarı arpa idi. Rayon üzrə ümumi məhsuldarlıq hər hektar buğda sahəsi üçün 36,5, arpa üzrə 28,7 sentner olmuşdur.
Cari mövsüm ağstafalı fermerlər taxıl əkini sahələrini bir qədər də genişləndirmişlər. Onlar 2023-cü ilin məhsulu üçün 11 min hektarda şum qaldırmışlar ki, onun da 7151,1 hektarı buğda, 2788,5 hektarı arpa sahələridir. Ümumi əkinin 8469,6 hektarı suvarılan, 1500 hektarı dəmyə şəraitindədir. Artıq suvarılan 6970 hektarda suvarma işi başa çatmışdır.
Keçən il Ağstafada həmçinin 417,1 hektarda qarğıdalı, 715,5 hektarda kartof, 1166 hektarda günəbaxan, 99,2 hektarda paxlalı bitkilər, 461 hektarda tərəvəz və 330 hektarda digər bitkilər yetişdirilmişdir. Rayon üzrə məhsuldarlıq qarğıdalı üzrə 44, kartof üzrə 300, günəbaxan üzrə 21,4, paxlalı bitkilər üzrə 18,1 sentner olmuşdur. Üzümçülüyə gəldikdə, Ağstafada bu sahənin də inkişafına xüsusi diqqət var. Dünyanın bir çox ölkəsindən gətirilən məhsuldar sortlar hesabına üzüm plantasiyalarının həcmi xeyli genişləndirilmişdir. Hazırda rayonda 497,9 hektar üzüm bağı mövcuddur ki, onun da 473 hektarı barverəndir. Keçən il həmin bağlardan 75122 sentner üzüm yığılmışdır.
Rayonda kənd təsərrüfatının digər sahələrində də uğurlu göstəricilərə nail olunmuşdur. Belə ki, il ərzində sahə və bağlardan 22,3 min ton kartof, 9,5 min ton tərəvəz, 2,5 min ton bostan bitkiləri, 14,7 min ton meyvə toplanmışdır. Heyvandarlıq məhsulları istehsalı da nəzərəçarpacaq dərəcədə artmışdır. Keçən il istehsal olunan 4649 ton ət, 17370 ton süd bunu sübut edur. Kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində keçən il habelə 3,2 ton barama istehsal olunmuşdur.
Ağstafada arıçılığın da inkişafı üçün geniş imkanlar var. Hazırda rayonda 347 nəfər 7104 arı ailəsinə baxır. Keçən il ümumilikdə arıçılar 20 tondan çox bal istehsal etmişlər.
Məlum olduğu kimi, Ağstafa su ilə aztəminatlı rayonlar sırasındadır. Xüsusilə yay mövsümündə əkin sahələrinin suvarılmasında bir sıra problemlər yaranır. Bu nəzərə alınaraq rayon ərazisindən keçən Kür və Ağstafa çaylarından istifadə məqsədilə tədbirlər planı hazırlanmışdır. Həmin plan çərçivəsində Düz Qışlaq, Qarahəsənli, Xılxına, Pirli kəndlərinin 3310 hektar əkin sahəsini suvarmaq üçün 41,49 kilometr daxili suvarma arxlarına beton üzlük çəkilmiş, 581 hidrotexniki qurğu quraşdırılmışdır. "Acıdərə"dən gələn sel sularının qarşısını almaq üçün isə su bəndi tikilmişdir. Yay aylarında həmin bənddə yığılan su ilə Dağkəsəmən və qonşu kəndlərin əkin sahələrini suvarmaq mümkün olacaq.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb...
19 Aprel
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub
19 Aprel
Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq...
19 Aprel
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
19 Aprel
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinlə...
19 Aprel
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
19 Aprel
Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə e...
19 Aprel
Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!