Çoxmərtəbəli binada yaşamağın sağlamlığa təsiri
Çoxmərtəbəli binalarda yaşamağa üstünlük verənlər çox olsa da, bəzən həmin binaların insan sağlamlığı üçün təhlükəli olduğunu deyənlər də var. Alman alimlərinin gəldiyi qənaətə görə, altıncı mərtəbədən yüksəklikdə yaşamaq insanı yerin maqnit sahəsindən müəyyən qədər uzaqlaşdırır. Bu da immunitet sisteminə ciddi şəkildə mənfi təsir göstərir, ürək, damar, sinir və digər xəstəlikləri olanlara yaxşı təsir göstərmir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Cahan Cavadova deyib: “Hündürlük artdıqca atmosferdə olan oksigenin miqdarı azalır. Bu, əsasən 60-100 metr hündürlükdən yuxarıda hiss olunur. Binaların ilkin təmirindən başlayaraq tikintidə istifadə olunan zərərli maddələrin hava, su və torpağa axıdılması, ekologiyanın çirkləndirilməsi və bundan sonra uzun sürən təmir işləri insan orqanizminə çox mənfi təsiri var. Həmçinin təmir zamanı işlədilən lak və boya məsulları, onların göstərdiyi əlavə təsirlər orqanizmə çox mənfi təsir edir”.
Onun dediyinə görə, çoxmərtəbəli binalarda yuxarı qalxdıqca oksigen azalır, ağciyər, ürək, qan-damar sistemi ilə bağlı xəstəliyi olanlarda bir qədər problem yaradır: “Günəş şüalarının evlərə daxil olması və bakterisid təsirinin qarşısı alınmadığından burada maye və kif göbələklərinin inkişafı artır. Bunun nəticəsində alveolitlər, bronxial astma və bronxitlər daha çox inkişaf edir və kəskinləşir. Ona görə də “bina xəstəliyi” deyilən xəstəlik nəticəsində evə girən xəstə asqırır, asmatik tutmalar baş verir. Təmiz havaya çıxanda həmin sindromların hamısı çəkilib gedir”.
Binaların hansı materialdan tikilməsi də mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, maqnit sahəsi beton binalarda 10, kərpic binada 7, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir. Yerin maqnit sahəsinin zəif olması atmosfer təzyiqinin yüksəkliyi, nisbi rütubət miqdarının normanı keçməsi, geomaqnit qasırğası kimi amillər insan orqanizminə birbaşa təsir edir. Həmin hallar arterial təzyiqli xəstələrin vəziyyətini daha da ağırlaşdırır.
İndi şəhərdə çoxmərtəbəli binaların tikilməsi qaçılmazdır. Lakin göydələnlərdə yaşayanlara plastik qapı-pəncərələrdən uzaq durmaq məsləhət görülür. Belə ki, evin təmirində nəfəs alan ağac materiallarına üstünlük verilməsi məqsədəuyğundur, çünki plastik qapı-pəncərələr radial şüaları əks etdirir. Bunun isə orqanizmə fəsadları müəyyən zamandan sonra üzə çıxır. “İnsanlarda stress, baş ağrıları artır, gözlərdə dumanlı görmə yaranır, yəni zəhər formasında beynin funksiyasını zəiflədir. Çoxmərtəbəli binalarda yaşayanlar liftlərdən az istifadə etməyə çalışmalıdırlar, çünki azhərəkətlilik inkişaf edir. Uşaqlar üçün oyun meydançaları kiçik olduğundan piylənmə, azhərəkətlilik, damar problemlərinə aparıb çıxarır. Enib-qalxarkən pilləkənlərdən istifadə etmək məsləhətdir. Həyətyanı sahədə və parkda gündə ən azı 1 saat gəzmək tövsiyə olunur”, -deyə həkim-terapevt bildirib.
Alimlər çoxmərtəbəli binalarda yaşamağın ölüm riskini artırdığını açıqlayıblar: Aparılan araşdırmalardan sonra onlar infarkt keçirdikdən sonra həyatda qalma şanslarının yarıbayarı azaldığı qənaətinə gəliblər. Göydələnlərdə mütləq “təcili yardım” zamanı istifadə edilə biləcək xüsusi liftlər olmalıdır və ya hər beş mərtəbədən bir xəstəyə ilkin müdaxilə edə biləcək tibb bacısı fəaliyyət göstərməlidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!