08 Dekabr 2021 00:18
989
DÜNYA
A- A+

COVID pandemiyası uzun müddət davam edə bilər

 

“Gələcək pandemiyalar indikilərdən daha ölümcül ola bilər”. İsveç-Böyük Britaniya istehsalı olan “Oxford-AstraZeneca” vaksininin yaradıcılarından biri, Oksford Universitetinin professoru Sara Gilbert bu barədə xəbərdarlıq edib və yeni təhlükələrə hazırlıq üçün ölkələrin indidən maddi vəsait ayırmasını məsləhət görüb.

Bundan başqa, alimin dediyinə görə, mövcud vaksinlər yeni “Omikron” variantına qarşı daha az effektiv ola bilər. Bəs bizi nə gözləyir?

 

Universal peyvənd

 

Gilbert hesab edir ki, bu böhran sonuncu deyil: “Doğrusu, növbəti virus daha pis ola bilər. Daha yoluxucu, daha ölümcül və ya həm yüksək yoluxucu, həm də yüksək ölümcül ola bilər. Əldə etdiyimiz biliklər itirilməməlidir”.

“Omikron” variantından danışan Gilbert bildirib ki, onun tacvari zülalındakı mutasiyaların virusun yayılma qabiliyyətini artırmasını təsdiq edən faktdır. Lakin  yeni variantda digər dəyişikliklər də mövcuddur. Bu isə vaksin vurulması və ya COVID-in digər variantları ilə yoluxma nəticəsində yaranan anticisimlərin “Omikron”a qarşı daha az effektiv ola biləcəyi anlamına gəlir.

Eyni zamanda peyvənd koronavirusun yüngül formasının qarşısını effektiv şəkildə almasa da, bu, o demək deyil ki, xəstəliyin ağır formasından və ya ölümdən daha pis şəkildə qoruyacaq.

Professor gələcəkdə qripə qarşı universal peyvəndin hazırlanacağını istisna etmir. Qeyd edək ki, Sara Gilbert 2020-ci ilin əvvəlində, COVID-19-un  ilk dəfə meydana gəldiyi zaman koronavirusa qarşı peyvənd hazırlamağa başlayıb. Hazırda “Oxford-AstraZeneca” vaksini dünyada ən geniş formada tətbiq edilir. Onun dozaları 170-dən çox ölkəyə göndərilib.

 

“Omikron”un təhlükəsi nədir

 

“Omikron” qısa zamanda dünyanın 40-dan artıq ölkəsində aşkar edilib. Əvvəllər COVID-lə xəstələnənlərin yeni varianta yoluxma ehtimalının nə dərəcədə yüksək olduğu hələ ki məlum deyil.

Alimlər pandemiya ərzində yenidən yoluxma (iki dəfə və ya daha çox) göstəricilərində hər hansı bir dəyişiklik tapmaq üçün Cənubi Afrikada təxminən 36 min şübhəli təkrar yoluxma hallarını təhlil ediblər.

Onlar müəyyənləşdiriblər ki, “Beta” və “Delta” variantlarının yayılması zamanı yenidən yoluxma riskinin kəskin artması müşahidə edilməyib. Halbuki laboratoriya tədqiqatlarının nəticələri bu variantların immun müdafiəsindən yayına biləcəyini göstərib.

Amma indi təkrar yoluxmaların artması faktdır. Alimlər hər bir xəstəni birbaşa “Omikron” üçün test etməyiblər, lakin təkrar yoluxmaların yeni bir variantın ortaya çıxması vaxtilə üst-üstə düşməsi səbəbindən  artıma görə məhz bu ştamın məsuliyyət daşıdığını güman edirlər.

Tədqiqatçıların fikrincə, “Omikron”da təkrar yoluxma ehtimalı əvvəlki variantlardan iki dəfə yüksəkdir. Bununla yanaşı, yeni bir dalğalanmada immunitetin rolu və bunun virusun digər variantları ilə yoluxmaların artmasına səbəb ola biləcəyi ehtimalının nə qədər böyük olduğu hələ aydın deyil.

Bundan başqa, nəzərə alınmalıdır ki, immun sistemini sıradan çıxaran HİV xəstəliyinə yoluxmuş insanların faizi Cənubi Afrikada yüksəkdir və bu amil də dünyanın qalan hissəsi üçün nəticələrin şərhini çətinləşdirir.

Anticisimlərin “Omikron”a necə təsir edəcəyini göstərən laboratoriya araşdırmalarının nəticələrinin qısa zamanda açıqlanacağı  gözlənilir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video