31 Avqust 2024 11:46
93
COP29
A- A+

COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

 

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 könüllüləri üçün “Eco Enacthon” layihəsi baş tutub.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən bu interaktiv layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər.

Avqustun 29-30-da Heydər Əliyev Mərkəzində keçirilən tədbirin ilk günündə COP29 könüllüləri ixtisaslaşmış ekspertlər tərəfindən aparılan iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarə edilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji mövzularda, eyni zamanda, dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarə olunması kimi praktiki mövzularda təlimlərə qatılıblar.

Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə keçirilən ekoloji layihə müsabiqəsində tətbiq olunub. Belə ki, “Eco Enacthon” yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könüllülər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini təkmilləşdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda ruhunu möhkəmləndirən və birgə səylərin vacibliyini bir daha nümayiş etdirən “Eco Enacthon” çərçivəsində könüllülər dayanıqlı enerji həllərindən innovativ tullantıların idarə olunması təşəbbüslərinə qədər müxtəlif sahələri əhatə edə biliblər. Nəticədə ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq daşıyan layihələr münsiflər heyəti tərəfindən qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.

İqlim dəyişmələrinin təsirlərinin qarşısının alınmasında gənclərdə innovativ düşüncənin təşviqi və mövcud problemlərə fərqli yanaşmanın stimullaşdırılmasına, aktiv və təşəbbüskar gənclərin potensialının dəstəklənməsinə xidmət edən bu layihə könüllülərə öz ideyalarının daha sərbəst ifadəsi və tətbiqi, bunun üçün müvafiq sahələr üzrə ekspertlərdən dəyərli mentor məsləhətlərinin alınması üçün platformanı təmin edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video