23 Noyabr 2024 08:55
120
CƏMİYYƏT
A- A+
COP29 günlərində Azərbaycan həm də multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi

COP29 günlərində Azərbaycan həm də multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi


İki həftədir davam edən, bütün dünyanın diqqətini özünə cəlb edən COP29 tədbirləri artıq yekunlaşmaq üzrədir. Müstəqil Azərbaycanın dünyaca böyük nüfuzundan xəbər verən bu beynəlxalq tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı, habelə həyatın bütün sahələrinə nüfuz edən iqlim dəyişmələrinə dair qarşıya qoyulan məsələlər ölkə ictimaiyyətində qürur hissi və məmnunluq yaratmışdır. 

Bu barədə Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Şöhrət Qasımov müxbirimizlə söhbətində demişdir:

- Ölkəmizin evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq əməkdaşlığın genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, ekoloji problemlərin araşdırılması və həlli yollarına da işıq salmışdır. Bu tədbir bəşəriyyətin sağlam gələcəyinə, iqtisadi, sosial-mədəni tərəqqiyə yönəliklə yanaşı,  səhiyyə sisteminin inkişaf coğrafiyasını da dünyaya tanıtdı.

Düşünürəm ki, COP29 platforması yeni bir sivilizasiyaya yaşıl işıqdır. Bu qlobal tədbirin respublikamızda keçirilməsi Prezident İlham Əliyevin apardığı böyük siyasətin uğurlu nəticəsidir. Bu tədbirdə dünyanın 196 ölkəsindən 72000 insan, prezident, vitse-prezident, baş nazir və digər hökumət və dövlət adamları iştirak edirdi. Dövlətimizin başçısı İlham Əliyev çıxışında ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək şərəfinin verildiyinə görə təşəkkürlərini bildirərək dedi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük". 

Bu, sadəcə, etiket deyil, həm də çox böyük effekt idi.

Prezident çıxışında iştirakçılara gəzin, görün, öyrənin, tanıyın Azərbaycanı - deməklə, dünyaya kim olduğumuzu xatırlatmağı lazım bildi. Biz o xalq, o ölkə, o dövlətik ki: "Dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik, o ölkə, o dövlət, o millətik ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik".

Azərbaycan Prezidentinin "Azərbaycan dövləti dörd il əvvəl 44 günlük Vətən müharibəsində və bir il öncə birgünlük antiterror əməliyyatında tam müstəqilliyini, suverenliyini bərpa etməklə,  təkcə öz adımızı yox,  BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə haqq qazandırdıq" fikri, qətiyyət hissi və böyük şəstlə "Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq..." deməsi, nəinki mənim çalışdığım Azərbaycan Tibb Universitetinin professor və müəllim heyətində, ürəyi Azərbaycanın tarixi  Zəfər qələbəsi ilə döyünən hər bir ziyalıda, hər bir gəncdə qürur hissi doğurdu.  

Azərbaycan sülh, barış, əmin-amanlıq istəyən ölkədir. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari, səhiyyə və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib... COP günlərində bizi məmnun edən həm də o oldu ki, Azərbaycan bütün dünyaya xalqların, millətlərin, dövlətlərin bir araya gəldiyi, görüşüb-anlaşdığı mədəniyyət körpüsü, multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Blue Origin” tarixdə 100-cü qadını kosmosa aparıb  

11:39
23 Noyabr

Ukrayna ballistik raketlər istehsalı üzərində işləyir  

11:10
23 Noyabr

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

11:01
23 Noyabr

Dünyanın ən hündür və ən qısaboy qadınları Londonda görüşüblər  

10:40
23 Noyabr

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat alıb  

10:39
23 Noyabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:19
23 Noyabr

Putin: Bu gün dünyada “Oreşnik”i ələ keçirə biləcək vasitə yoxdur  

10:05
23 Noyabr

“Cumhuriyet”: COP29 qlobal ekoloji gündəmdə Türkiyənin mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır  

09:55
23 Noyabr

COP29 iştirakçısı: Asiya və Avropa arasında körpü olan Azərbaycanın inkişaf etmiş mədəniyyəti var  

09:33
23 Noyabr

Ömrünü hüquq elminin inkişafına həsr etmiş fədakar alim

09:10
23 Noyabr

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri başa çatıb

09:05
23 Noyabr

Daşkəsəndə bitən nadir bitkilərə ikinci həyat verilir

09:00
23 Noyabr

COP29 günlərində Azərbaycan həm də multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi

08:55
23 Noyabr

"Zəfərimiz kimi COP29-un da əks-sədası uzun illər kəsilməyəcək"

08:50
23 Noyabr

COP29 uğurlu təcrübə kimi tarixə düşəcək

08:45
23 Noyabr

Lüksemburq Deputatlar Palatasının Fransa niyyətli qətnaməsi

08:40
23 Noyabr

Xarici investorların Azərbaycana marağı artıb

08:35
23 Noyabr

"Ümidlər Bakıyadır"

08:30
23 Noyabr

"Yaşıl dünya"naminə inklüzivlik

08:25
23 Noyabr

Heydər Əliyev Fondunun"yaşıl töhfə"si

08:20
23 Noyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:15
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!