09 İyun 2026 08:25
172
SİYASƏT
A- A+
CNN-nin qərəzi

CNN-nin qərəzi


Bu telekanalın Azərbaycanla bağlı irəli sürdüyü iddiaların heç bir əsası yoxdur


CNN telekanalının Azərbaycandan guya İran əleyhinə hərbi və ya kəşfiyyat fəaliyyətlərində istifadə edilməsi, habelə İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı irəlü sürdüyü iddiaların heç bir əsası yoxdur. Rəsmi Bakı da bəyan edib ki, sözügedən iddialar əvvəllər də müxtəlif platformalarda səsləndirilib və hər dəfə rəsmi şəkildə rədd edilib. Məsələ burasındadır ki, Azərbaycanın mövqeyi məqalə dərc olunmazdan əvvəl CNN tərəfinə də təqdim edilib, lakin təəssüf ki, bu mövqe materialda lazımi şəkildə nəzərə alınmayıb. Diqqətçəkən məqam odur ki, məqalədə yer alan əsas ittihamlar anonim mənbələrə istinad edir. Halbuki belə məlumatların ciddi faktlarla və müstəqil təsdiqlərlə dəstəklənməsi vacibdir. Əks halda informasiyanın obyektivliyi və etibarlılığı ilə bağlı suallar yarana bilər.

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bütün qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir: "Bu siyasət illərdir ki, ölkənin milli maraqlarının qorunmasına, regional sabitliyin möhkəmlənməsinə və beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. İranla münasibətlər də məhz bu strateji yanaşmanın mühüm tərkib hissəsidir. Regionun həssas geosiyasi mərhələdən keçdiyi bir dövrdə bu cür dezinformasiyaların yayılması təsadüfi deyil. Son illərdə Azərbaycanın regional siyasətdə artan rolu, nəqliyyat və enerji layihələrinin genişlənməsi, həmçinin Yaxın Şərq və Cənubi Qafqaz arasında strateji əlaqələrin güclənməsi ölkəni beynəlxalq informasiya mübarizələrinin də hədəfinə çevirib. CNN-in qərəzli məqaləsi məhz bu kontekstdə dezinformasiya xarakteri daşıyır". 

Deputat qeyd edib ki, bu gün İran ətrafında yaranmış gərginlik yalnız bir ölkənin problemi deyil, hər hansı genişmiqyaslı hərbi qarşıdurma regionun enerji təhlükəsizliyinə, nəqliyyat marşrutlarına, iqtisadi əlaqələrə, ümumilikdə beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər. Azərbaycan isə məhz sabitlik və təhlükəsizlikdən faydalanan ölkə kimi regionda gərginliyin artmasında deyil, onun qarşısının alınmasında maraqlıdır. Azərbaycanın İrana göstərdiyi humanitar yardım və dəstək rəsmi Tehran tərəfindən də yüksək qiymətləndirilib.  "Azərbaycanın bu addımı ölkənin humanitar dəyərlərə sadiqliyini və regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı yardım prinsiplərinə önəm verdiyini nümayiş etdirir. Belə təşəbbüslər xalqlar arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlayışın artmasına və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verir. Qloballaşan informasiya məkanında media artıq yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına təsir göstərən mühüm aktordur. Bu səbəbdən beynəlxalq media qurumlarının təqdim etdiyi məlumatların yüksək peşəkarlıq standartlarına uyğun hazırlanması xüsusi əhəmiyyət daşıyır. İddiaların dərcindən əvvəl bütün tərəflərin mövqeyinin balanslı şəkildə təqdim olunması jurnalistikanın fundamental prinsiplərindən biridir", - deyə o əlavə edib.

K.Nurullayeva bildirib ki, Azərbaycan heç vaxt öz ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadə edilməsinə imkan verməyib və bundan sonra da verməyəcək.  Bu qərəzli mövqe onu göstərir ki, dövlətlərin beynəlxalq imicinə təsir edən məlumatların yayılmasında məsuliyyət, obyektivlik və faktlara söykənmək əsas şərtdir. Bu baxımdan ortaya atılan iddiaların şəffaf araşdırılması və bütün tərəflərin mövqeyinin nəzərə alınması həm media etikası, həm də beynəlxalq etimadın qorunması baxımından vacibdir.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!