20 Aprel 2022 10:43
960
Səhiyyə
A- A+

Çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır, iştah gətirir, həzmi yaxşılaşdırır

Çiyələk vitamin və minerallarla zəngin olmaqla yanaşı, kalsium və kalium tərkiblidir. Meyvə mövsümünün bu bitki ilə açılması, meyvələrinin vegetasiya dövründə erkən yetişməsi, zəngin kimyəvi tərkibi və böyük pəhrizlik xüsusiyyəti bu bitkiyə geniş şöhrət qazandırıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında yaz aylarında yetişən çiyələyin faydalarından danışan Aqrar Universitetin Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov deyib.

O bildirib ki, çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır, yanğını söndürür, iştah gətirir, həzmi yaxşılaşdırır. Bundan başqa, böyrəklərin və tənəffüs yollarının fəaliyyətini də gücləndirir.

“Müalicə məqsədilə daha çox meşə çiyələyi istifadə olunur. Bu bitkinin bütün hissələri müalicəvi əhəmiyyət kəsb edir. Qan xərçəngi zamanı çiyələkdən dəmlənmiş çay çox faydalıdır. Bütöv bitki çiçəkləmə zamanı yığılır və qurudulduqdan sonra xırda doğranaraq termosda üzərinə 0,5 litr qaynar su tökülür. 2-3 saat müddətində dəmləndikdən sonra gündə 3 dəfə yarım stəkan içilir”, - deyə mütəxəssis vurğulayıb.

Hüseyn İdrisov çiyələk bitkisinin əsas tibbi müalicəyə əlavə kimi çox effektiv olduğunu deyib: “Damağın soyuqlaması və tonzilit zamanı çiyələyin quru yarpaqları suda qaynadılır, alınan məhlulla ağız boşluğunu və boğazı qarqara etmək xeyirlidir. Yarpaq dəmləməsi və avitaminoz zamanı, böyrəyin, qaraciyərin müalicəsində və soyuqlama zamanı faydalıdır. Həmçinin sidikqovucu xüsusiyyətə malikdir, qan təzyiqini aşağı salır, damarları genişləndirir, ürək əzələlərinin ritmini normallaşdırır. Kök dəmləməsi və həlimi mədə pozuntuları, böyrəyin və dalağın soyuqlaması, sidikdaşı xəstəliyi, daxili qanaxmalar və dəri səpişikləri zaman işlədilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video