18 Avqust 2022 12:18
483
CƏMİYYƏT
A- A+

Çıraqqala abidəsi ətrafındakı yanğın məhdudlaşdırılıb, “Qalaaltı” müalicə-istirahət kompleksi üçün təhlükə aradan qaldırılıb

Şabran və Quba rayonlarında ümumilikdə 4 ərazidə meşə yanğınları davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayonunda hazırda meşə yanğınları Çıraqqala abidəsinin ətrafındakı meşəlikdə davam edir. Rayondakı daha bir yanğın ocağı Zeyvə kəndi yaxınlığında, Şabrançay çayının ətrafındakı meşə zolağlarında qeydə alınıb.

Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev bildirib ki, Çıraqqala abidəsi ətrafında meşəlikdəki yanğın məhdudlaşdırılıb. Yaxınlıqdakı “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksi üçün təhlükə tamamilə aradan qaldırılıb.

Quba rayonunda da iki ərazidə yanğının söndürülməsi işləri aparılır. Daha təhlükəli vəziyyət Zərqova inzibati ərazi dairəsinə aid Qasımqışlaq kəndi yaxınlığında qeydə alınıb.

Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, yanğının kənddəki evlərə keçməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb. Kəndin ətrafında yanğın istiqamətində olan ərazilər şumlanılıb. Hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Qubada digər yanan meşəlik ərazi isə Vəlvələ kəndi yaxınlığındadır.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsini çətinləşdirir.

Yanğınınların söndürülməsində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və helikopterləri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video