01 Dekabr 2022 14:06
289
DÜNYA
A- A+

Çində Cian Ceminin vəfatı ilə əlaqədar dövlət bayraqları endirilib  

 

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq baş katibi, Çin Xalq Respublikasının (ÇXR) sabiq Sədru Cian Ceminin vəfatı ilə əlaqədar ölkədə dövlət bayraqları endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Cian Ceminin dəfni ilə əlaqədar yaradılmış komissiyanın açıqlamasında bildirilir. ÇXR Sədri Si Cinpinin rəhbəri olduğu komissiya qərara alıb ki, sabiq liderin ruhuna ehtiram əlaməti olaraq dekabrın 1-də Çinin dövlət qurumlarının binalarının və Pekindəki “Xalqın böyük sarayı”nın üzərindəki, habelə paytaxtın Tienanmen meydanındakı bayraqlar, ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin üzərindəki bayraqlar yarıyadək endirilsin. Çinin xaricdəki diplomatik nümayəndəliklərində matəm zalının təşkil olunması və arzu edənlərin başsağlığı verə bilməsinə imkan yaradılması qərara alınıb.

Komissiya Çinin təcrübəsini əsas götürərək, Cian Ceminin dəfn mərasiminə xaricdən qonaqların dəvət olunmayacağını açıqlayıb.

Qeyd edək ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq baş katibi, Çin Xalq Respublikasının sabiq Sədri Cian Cemin noyabrın 30-da 96 yaşında Şanxayda vəfat edib. Həkimlər sabiq liderin ölümünə leykoz xəstəliyinin və bir çox orqan çatışmazlığının səbəb olduğunu bildiriblər.

Cian Cemin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi (1989-2002-ci illər), paralel olaraq Çin Xalq Respublikasının sədri (1993-2003-cü illər) vəzifələrini icra edib. Onun hakimiyyəti illəri Çinin iqtisadi yüksəliş dövrünə təsadüf edir. Bundan başqa, Cian Ceminin hakimiyyəti illərində Honkonq və Makao Çinə qaytarılıb, ölkə Dünya Ticarət Təşkilatına üzv olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video