27 Sentyabr 2024 09:49
289
SİYASƏT
A- A+
Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

Sentyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Misirin xarici işlər naziri təyin edilməsi münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb, bu təyinatın Azərbaycan-Misir əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə dair inam ifadə olunub.

Azərbaycan ilə Misir arasında qarşılıqlı hörmət və etimada əsaslanan konstruktiv dostluq münasibətlərinin uzun tarixə malik olduğu bildirilərək, iki ölkənin dövlət başçılarının sıx təmasları sayəsində bu münasibətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsinin mümkün olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Azərbaycan Prezidentinin Misirə son rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni səhifənin açılması, əməkdaşlığımızda çoxsaylı fürsətlərin ortaya çıxarılması baxımından əhəmiyyəti vurğulanıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Misirin dövlət başçısı səviyyəsində iştirakının təsdiqinə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub, qlobal əhəmiyyətli bu tədbirin yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada şəhidlərin xatirəsi ehtiramla yad edilib

13:07
27 Sentyabr

Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır

13:05
27 Sentyabr

Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım edib

12:47
27 Sentyabr

Daxili İşlər Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

12:45
27 Sentyabr

Abşeron rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

12:44
27 Sentyabr

Paşinyan Azərbaycanla sülh danışıqlarının müsbət nəticələnəcəyini düşünür

12:43
27 Sentyabr

Zəngilanda şəhidlərin məzarları ziyarət olunub

12:42
27 Sentyabr

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb 

12:40
27 Sentyabr

Pakistanın Baş naziri İran Prezidenti ilə görüşüb

12:24
27 Sentyabr

“Haber Global” telekanalı: Azərbaycanlılar qürurla öz ata-baba yurdlarına qayıdırlar

12:23
27 Sentyabr

Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

12:21
27 Sentyabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

11:50
27 Sentyabr

Türkiyə Ermənistan ilə Azərbaycan arasında sülhlə bağlı müzakirə prosesində mühüm rol oynaya bilər

11:46
27 Sentyabr

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub

11:24
27 Sentyabr

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!