17 Dekabr 2021 16:54
504
Təhsil
A- A+

Cəfər Cəfərov: Bu il Pedaqoji Universitetə tələbə qəbulu planı 97,6 faiz dolub  

Hər il olduğu kimi, cari ildə də Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) tələbə qəbulunun nəticələri ürəkaçan olub.

AZƏRTAC xəbər verir ki, bunu dekabrın 17-də Heydər Əliyev Mərkəzində keçirilən ADPU-nun 100 illik yubileyi ilə bağlı təntənəli mərasimdə rektor Cəfər Cəfərov bildirib.

Rektor deyib: “Hazırda ölkənin 21 ali məktəbində müəllimlik ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsinə baxmayaraq, cari tədris ilində ADPU-ya 2475 yerlik tələbə qəbulu planı 97,6 faiz dolub. Qəbul olanlardan 1730 nəfərin (73,4 faiz) topladığı balsa 400-dən yuxarı olub. Qəbulun 66 faizi dövlət sifarişi əsasında həyata keçirilib ki, bu da keyfiyyət göstəriciləri haqqında müsbət fikir söyləməyə imkan verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video