19 Iyun 2022 00:34
619
Elm və texnika
A- A+

Buzlu ləzzət

 

Soyuq çay ilk dəfə 1904-cü ildə sərgidə nümayiş etdirildikdən sonra tanınsa da, bəzi yazılı mənbələrdə hələ 1800-cü illərdə insanların soyuq çayla tanışlığının olduğu qeyd edilir.

Cənubi Amerikadakı insanlar daim isti iqlimdə yaşadıqlarından onlar soyuğu çox seviblər. Odur ki, əhali soyuq içkilər hazırlayıb. Çay olduqca isti içki olduğundan onu soyudub içiblər. Hətta buz əldə etdikləri zaman onu çaya əlavə ediblər. Bununla da, soyuq çay ideyasının onlardan qaynaqlandığı bildirilir.

1904-cü ildə Sent-Luis şəhərində keçirilən Ümumdünya Sərgisində Riçard Bleçinden adlı bir ingilis tacir Hindistanın qara çaylarını təbliğ etmək üçün pavilyon açmışdı. O zamanlar ABŞ-ın bir çox yerlərində Çinin yalnız yaşıl çayı məşhur idi, qara çay o qədər də tanınmırdı. Az sayda ziyarətçinin qara çayla maraqlandığını görən Bleçinden buz blokları alaraq isti yay günündə müştərilərə soyuq çayı təqdim etməyə başlamışdı. Bu zaman çayı dadan hər kəs təravətli soyuq qara çayı olduqca maraqla qarşılamışdı. Sərgidən sonra soyuq çay məşhurlaşmışdı.

Soyuq çay ilk dəfə İsveçrədə qablaşdırılaraq satılıb. Amerikaya səfər edən isveçrəli Martin Sprenger susuzluğun buzlu çayla yatırıldığını öz sınağından keçirdikdən sonra vətəninə qayıdan kimi şüşələrdə hazır buzlu çay istehsal etmək ideyasını irəli sürüb. 1983-cü ildə "Bischofszell Food Ltd." qablaşdırılmış buzlu çayın dünyada ilk istehsalçısı olub.

Qısa bir zamanda Avropanın hər bucağına yayılan soyuq çay sevimli yay içkilərindən birinə çevrilib. Sonrakı vaxtlarda isə siroplar, meyvə dilimləri və digər müxtəlif dadlandırıcılarla çeşidləri artırılıb. Hazırda Nestle, Lipton və s. kimi məşhur şirkətlər müxtəlif dadlı buzlu çayları təqdim edirlər.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video