28 Yanvar 2022 16:36
744
CƏMİYYƏT
A- A+

Bütün dünyada suların duzlaşması prosesi baş verir və alimlər bunun nəyə gətirə biləcəyini hələ ki bilmir Bütün dünyada suların duzlaşması prosesi baş verir və alimlər bunun nəyə gətirə biləcəyini hələ ki bilmir

On ölkəni təmsil edən elmi qrup suyun duzlaşması ilə bağlı qlobal prosesin bütün dünyada ekosistemlərə necə təsir edəcəyini araşdırmaq məqsədilə bu barədə məlumatları təhlil edib.

AZƏRTAC “Hitech” saytına istinadla xəbər verir ki, insan fəaliyyəti - faydalı qazıntıların hasilatı, kənd təsərrüfatı ilə məşğulluq, eləcə də iqlim dəyişməsi bu gün kontinental sularda duzun konsentrasiyasının ən yüksək səviyyəyə çatmasına gətirib çıxarıb.

Duzla çirklənmə təbii yaşam mühitini dəyişir, növlərin yox olmasına, invaziv orqanizmlərin yayılmasına və qidalandırıcı maddələrin dövriyyəsində dəyişikliklərə səbəb olur. Lakin şirinsulu ekosistemlərlə bağlı nəticələri proqnozlaşdırmaq üçün alimlərdə olan biliklər hələ ki kifayət deyil.

Yeni elmi işin müəllifləri bildiriblər ki, suyun duzlaşması barədə müasir biliklər coğrafi rayondan asılı olaraq qeyri-bərabərdir. Məsələn, buzun əmələ gəlməməsi məqsədilə yollara səpələnən duzun təsiri Avropada öyrənilməyib, Şimali Amerikada təhlil edilib. Həmçinin duzlaşma amilləri güclənən Afrika və Cənubi Amerika barədə məlumat azdır. Bundan əlavə tədqiqatçılar əlavə ediblər ki, müasir elmi işlərin əksəriyyəti şirinsulu sututarlar, məsələn, regional biomüxtəliflikdə mühüm ekosistem olan nohurlar haqqında məlumatları özündə ehtiva etmir.

Müxtəlif növ duzların regional və landşaft miqyasda su və ətraf mühitə necə təsir etdiyi barədə məlumat yoxdur. Bundan başqa, tədqiqatların əksəriyyəti yalnız su onurğasızlarının öyrənilməsini ehtiva edir, lakin qidalandırıcı maddələrin dövriyyəsini idarə edən və okeanın qida piramidasının zirvəsində olan mikroorqanizmlərə - balıqlara, sürünən heyvanlara və amfibiyalara duzlaşmanın təsiri barədə biliklər kifayət deyil.

“Göl və kiçik çayların qlobal dəyişmə tendensiyası biomüxtəliflik, bunun hamısından asılı olan ekosistemlərin və insanların fəaliyyəti üçün ciddi problemdir”, - deyə professor Miqel Kanyedo-Arqulyes bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video