Bunları İLHAM ƏLİYEV dedi
Zəfər qurultayından sonrakı düşüncələr
Bəxtiyar SADIQOV
Şuşanın işğaldan azad olunması tarixindən sonra bu qədim Azərbaycan şəhərində daha bir tarixi hadisə baş verdi.
Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı burada keçirildi.
Qurultayın ən mühüm hadisəsi isə, şübhəsiz, bu məclisdə Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi parlaq və möhtəşəm nitq oldu!
Hər sözü, hər cümləsi tarixi faktlara söykənən, dərin məna daşıyan bu nitq daim yaddaşlarda yaşayacaqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi hər cümlənin, hər fikrin arxasında daha dərin hadisə və mənalar dayanır.
Nitqdən seçdiyimiz ayrı-ayrı cümlələr ətrafında birlikdə düşünək.
* "Zəfər adı xalqımıza çox yaraşır"
Xalqımız otuz il səbir etdikdən sonra 44 gündə böyük Zəfər qazandı!
Qurultay iştirakçıları əsgərlərimizin Şuşaya hücum etdikləri cığır əsasında çəkilən Zəfər yolu ilə gəlmişdilər.
Bu gün işğaldan azad olunmuş rayonların mərkəzlərində Zəfər muzeyləri yaradılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə meydanında qazandığı zəfəri diplomatiya və informasiya cəbhəsində də təkrarlandı.
İndi isə Vətən müharibəsində qazanılan Zəfər Qarabağın bərpası və quruculuğu, cənnətə çevrilməsi sahəsində təkrar edilir.
***
* "Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər"
Əslində, uzun və mənasız danışıqlar prosesi işğal prosesinin əbədiləşdirilməsinə xidmət edirdi.
Ermənilər elə güman edirdilər ki, Qarabağı görməyənlər, işğaldan sonra doğulanlar torpaqları unudacaq, onun uğrunda döyüşməyəcəklər...
Lakin yalnız ermənilər kimi vətənsizlər, daim özgə torpaqlarında özlərinə dövlət qurmaq istəyənlər belə düşünərlər!
Cənab İlham Əliyev ölkəyə rəhbərliyi dövründə yeni - əsl vətənpərvər, düşmənə nifrət, Vətənə sədaqət ruhunda böyüyən gənclər nəsli tərbiyələndirdi.
Bu gənclər işğalla heç zaman barışmayacaqlarını bildirdilər, sonuncu dəfə 15 iyul 2020-ci ildə paytaxtın küçələrinə axışaraq Ali Baş Komandanın "İrəli" hücum əmrini gözlədiklərini qətiyyətlə bəyan etdilər.
Bu gənclər həm Azərbaycanda, həm də dünyanın müxtəlif ali hərbi məktəblərində oxuyaraq hərbi biliklərə yiyələndilər!
Bu gənclər xüsusi təyinatlılar kimi hazırlanaraq ordumuzun vuran əlinə çevrildilər.
Bu gənclər gözlərini qırpmadan düşmən üzərinə gedərək müqəddəs şəhidlik zirvəsinə yüksəldilər!
Bu gənclər əvvəlcə erməniləri beynəlxalq idman yarışlarında, təkbətək mübarizədə məğlub edərək himnimizi səsləndirdilər, bayrağımızı ucaltdılar.
Ən nəhayət, qüdrətli ordumuzda çarpışaraq düşməni məhv etdilər, Şuşanı isə yalın əllə, əlbəyaxa çarpışmada aldılar.
***
* "Biz təkcə Ermənistanla müharibə aparmamışıq, biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə qələbə qazanmışıq"
Erməni heç vaxt öz ağzı ilə hürməyib!
Erməni heç vaxt tək özünə güvənərək özgə torpağına göz dikməyib!
Arxalı köpək qurd basar, - demişlər. Erməni bəlli müdafiəçilərinə, ikili standartlarla fəaliyyət göstərən beynəlxalq təşkilatlara, diaspor pulu ilə ələ alınmış satqın siyasətçilərə, pulsuz əldə etdiyi silahlara arxalanaraq Azərbaycanla müharibə edib.
Erməni heç vaxt təkbaşına vuruşaraq bizdən torpaq qoparıb onu otuz il işğalda saxlaya bilməzdi!
Bu dəfə biz erməni ilə təkbətək döyüşdük!
Doğrudur, 44 gün ərzində onlara güclü şəkildə dəstək verənlər, gecə-gündüz dayanmadan təyyarələrlə silah-sursat daşıyanlar, hava məkanlarını üzlərinə açanlar, ordularında vuruşan muzdlular, müharibəni dayandırmaq üçün xahiş-minnət edənlər oldu.
AMMA...
Azərbaycan XXI əsrin ən yeni müharibəsini apardı!
Heç kəsin gözləmədiyi silahlardan bacarıqla istifadə etdi, ən yeni strategiya və taktika tətbiq etdi!
Daima hücuma keçdi, düşmən ordusunu bütün parametrlər üzrə darmadağın edərək qorxaqlar və fərarilər dəstəsinə çevirdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü şərtlər, düşmənin torpaqlarımızdan rədd olub getmə tarixi və cədvəli təqdim edilməyənədək hücum əməliyyatları dayandırılmadı.
Bəli, 44 günlük qabaq-qənşər döyüş kimin kim olduğunu bütün dünyaya göstərdi!
Ermənistan havadarları və müdafiəçilərilə birgə biabırçı məğlubiyyətə uğradıldı!
***
* "Biz təkcə işğalçını yox, faşistləri məhv etdik"
Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etdi, kapitulyasiya aktını imzalayan düşmən daha sonra Ağdam, Laçın və Kəlbəcəri boşaltdı.
İşğal ərazilərində bir dənə də salamat bina və tikili yox idi.
Düşmən binaları daşbadaş satmış, əlinə keçəni pula çevirmişdi.
Xarici ekspertlər və jurnalistlər Ağdamı atom bombası ilə dağıdılmış Xirosimaya bənzədirlər.
Goreşənlik edən ermənilər qəbirləri qazaraq ölülərin qızıl dişlərini oğurlayıblar.
Məscidlərimizi dağıdıb, təhqir edib, heyvan saxlanan tövləyə çeviriblər.
Tarixi və mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdıb, su mənbələrini çirkləndirib, meşə və bağları qırıb aparıblar.
Ermənilər işğal etdikləri bütün əraziləri yerləyeksan edərək burada heç bir insanın yaşaya bilməyəcəyi vəziyyət yaratmışlar.
Bütün bunlar qeyri-insani hərəkətlərdir!
Bütün bunlar faşizmə məxsus əməllərdir!
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu, əslində, erməni faşizmini məhv edib.
Biz Cənubi Qafqazı faşizmdən xilas etmişik!
***
* "Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir"
Erməni həmişə özünə saxta tarix düzəldib:
* Yalançı "tarix əsərləri" yazmaqla;
* Torpağa "qədimi əşya" basdırıb sonra onu üzə çıxarmaqla;
* Alban kilsələrinin memarlıq elementlərini, yazılarını dəyişib özününküləşdirməklə;
* Nə vaxtsa dənizdən-dənizədək davam edən "böyük Ermənistan dövləti"nin mövcudluğunu söyləməklə;
* 1915-ci ildə, guya, türklər tərəfindən "soyqırımına" məruz qaldıqlarını iddia etməklə;
* "Qədim və mədəni xalq" olduqlarını bəyan etməklə və s.
Amma bunların hamısı uydurulmuş erməni əfsanələri və cəfəngiyyatdır!
Çünki heç bir maddi sübutu, hansısa arxivdə təsdiqini tapan sənədə əsaslanmır!
Odur ki, ermənilər arxivlərə getməkdən, elmi mübahisələrə girişməkdən qorxurlar!
Bilirlər ki, paxırları açılacaqdır!
Azərbaycan xalqının isə tarixi göz qabağındadır!
Əldə olan, yaddaşlarda yaşayan sənəd-sübutları var!
Tarixçilərin salnamələrində, dövlət sənədlərində, tarix kitablarında şəkilləri görünən, bəlli dövlət başçıları tərəfindən möhürlərlə təsdiqlənmiş sənədlər bu gün də yaşayır.
Həmin sənədlər sübut edir ki, Azərbaycan xalqı Qarabağın, habelə ermənilərin yaşadığı və indiki Ermənistan dövlətinin yerləşdiyi ərazilərin əsl sahibidirlər.
Ermənilər bu torpaqlara sonradan, çar Rusiyası tərəfindən köçürülüblər!
Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri arxivlərdə qorunub saxlanılıb.
Kürəkçay müqaviləsində Şuşalı və Qarabağlı İbrahimxəlil xanın imzası var!
1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır.
1923-cü ilin 7 iyulunda Azərbaycan ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı əsassız, süni bir qurumun yaradılması tarixi gerçəklikdir.
1948-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlıların sovet hakimiyyəti tərəfindən Kür-Araz ovalığına deportasiyası hələ də tarixdə və sənədlərdə qeyri-insani addım kimi yaşayır.
Bu tarixi biz hamımız, bütün dünya azərbaycanlıları bilməlidirlər və yadda saxlamalıdırlar!
Mübarizəmizin yeni, indiki mərhələsində bu faktları və sənədləri dünya ictimaiyyətinə çatdırmalı, daim onlara istinad etməli, əsaslanmalıyıq.
***
* "Biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi vətəni ilə sıx bağlı olsunlar"
* Müstəqil Azərbaycanı unutmasınlar, ildə bir dəfə ailələri ilə birlikdə gəlib Vətənlərini ziyarət etsinlər;
* Azərbaycan dilini yaddan çıxarmasınlar, övladlarına da öyrətsinlər;
* Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan dövlətinin maraqlarının müdafiəsində fəal iştirak etsinlər, təşkilatlansınlar, Diaspor Komitəsi ilə sıx əlaqə saxlasınlar;
* Daim güclənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəallıq göstərsinlər;
* Diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrin daxili siyasətinin amilinə çevrilə bilsinlər;
* Doğma Azərbaycanı unutmasınlar, yaşadıqları yerlərdə ləyaqətlə təmsil etsinlər;
* Azərbaycanlı iş adamları, imkanlı şəxslər ölkəmizə gələrək işğaldan azad olunmuş torpaqlara sərmayə qoysunlar, Qarabağın dirçəldilməsində yaxından iştirak etsinlər!
***
* "Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq"
Qələbə sevinci, qələbə fərəhi ilə yaşayan Azərbaycan xalqı canı və qanı, şəhid övladlarının həyatı bahasına azad etdiyi Qarabağ torpağında, Şuşada Zəfər qurultayı keçirərək dünyanın hər yerində yaşayan övladlarının nümayəndələrini başına yığdı.
Uzun müddət dünyada məğlub xalq sayılaraq başıaşağı, diliqısa idik!
Bu gün isə düşmənimizi doğma torpaqlarımızdan qovaraq möhtəşəm qələbə qazanmışıq!
Müzəffər Ali Baş Komandan İlham Əliyev möcüzəvi qələbəsi sayəsində qalib xalqa, torpağına sahib çıxan xalqa, alçaq düşmənindən qisasını alan xalqa çevrilmişik!
Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının gülüb-sevinməyə, fərəh hissi keçirməyə, məğrur və qürurlu gəzməyə, başını dik tutmağa haqqı var!
Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər qurultayında söylədiyi dərin mənalı nitqin yekun cümlələri isə möhtəşəm qələbədən doğan sevinc, məmnunluq və qürur hissinin ifadəsi olmaqla yanaşı, həm də dünyaya bir mesajdır:
"Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Yaşasın Şuşa! Yaşasın Qarabağ!"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
19 Aprel
Hərbi əməliyyatlara fasilə verməyəcəyik - Lavrovdan AÇIQLAMA
19 Aprel
İsrail-İran münaqişəsinə görə təcili iclas çağırıldı
19 Aprel
Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19 Aprel
Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək
19 Aprel
Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır
19 Aprel
Yens Andersson: Məşqçinin bəyəndiyi oyunçuları almaq lazımdır
19 Aprel
Qazaxıstan və Qırğızıstan prezidentləri razılığa gəldilər
19 Aprel
İsrail Suriyanı bombaladı
19 Aprel
Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!