19 Iyun 2022 00:27
441
Elm və texnika
A- A+

Bu qalaktikalarda yeni ulduzlar niyə yaranmır?

 

Qalaktika ölən zaman onun daxilindəki ulduzların yaranma prosesi dayanır, mövcud olanlar isə tədricən sönür. Nəticədə qalaktika öz parlaqlığını itirir və astronomlar üçün demək olar ki, görünməz olur.

Alimlərin fikrincə, qalaktikalarda yeni ulduzların yaranmamasının səbəbi onların mərkəzlərindəki super kütləli qara dəliklərlə bağlıdır. Süd Yolu qalaktikasında isə aktiv şəkildə olmasa da, yeni ulduzların yaranma prosesi hələ də davam edir. Lakin elə elliptik qalaktikalar mövcuddur ki, onların daxillərində yeni ulduzların yaranma prosesi çoxdan dayanıb. Bu cür qalaktikalar uzun dövr ərzində tədricən ölürlər.

Güclü teleskoplar vasitəsilə Yer kürəsindən 9.5-12.5 milyard işıq ili məsafəsində yerləşən ən qədim elliptik qalaktikalar barədə məlumatlar əldə olunub. Söhbət kainatın ilkin mərhələlərində yaranmış qalaktikalardan gedir. İlk öncə alimlər qalaktikaları iki qrupa bölüblər. Birinci qrupa yeni ulduzların yaranma prosesinin dayandığı qalaktikalar, ikinci qrupa isə bu prosesin hələ davam etdiyi qalaktikalar daxildir. Bundan əlavə, alimlər super kütləli qara dəliklərin aktivliyini də təhlil ediblər. Düşünürlər ki, öz ətraflarındakı maddəni udan bu nəhəng dəliklər yeni ulduzların yaranma prosesinin dayanmasına səbəb olan kosmik obyektlərdir.

Qara dəlik ətrafındakı maddəni udan zaman güclü şüalanma baş verir ki, o da kosmosa yayılır. Bundan əlavə, qara dəliklər axın şəklində güclü plazma ifraz edirlər və həmin axın, demək olar ki, kosmik məkanda işıq sürəti ilə yayılır.

Aktiv qara dəliklər qalaktika üzrə yayılan güclü küləklər də yaradırlar. Alimlər hesab edirlər ki, qara dəlik tərəfindən ifraz edilən şüalanma, güclü plazma axınları və küləklər soyuq molekulyar qazı qızdıraraq onu itələyir. Yeni ulduzlar da məhz həmin soyuq molekulyar qaz hesabına yaranır. Ən qədim qalaktikaların mərkəzindəki aktivliyini öyrənmək üçün alimlər rentgen və radiosiqnalları ayırıblar. Bu siqnallar nə dərəcədə güclü olursa, qara dəlik də bir o qədər aktiv olar. Alimlər aşkar ediblər ki, yeni ulduzların yaranma prosesinin dayanmış olduğu qalaktikalarda aktiv super kütləli qara dəlik mövcuddur. Belə ki, rentgen və radiosiqnallar daha güclüdür. Lakin yeni ulduzların yaranma prosesinin hələ davam etdiyi qalaktikalarda sözügedən siqnallar zəifdir.

Aktiv super kütləli qara dəliklərin, qədim qalaktikaların ani ölümləri prosesində böyük rol oynamaları ehtimalı çox yüksəkdir.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video