10 Iyun 2022 15:57
908
Səhiyyə
A- A+

Boyat qidalar və çaylar orqanizm üçün zərərlidir

Bəzən evdə bişirilən yeməklər artıq qalanda soyuducuya qoyulur və sonra qızdırılaraq təkrar qəbul edilir. Diyetoloqlar bunun heç də yaxşı hal olmadığını deyirlər. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırıb boyat şəklində istehlak edilən yeməklər orqanizmdə bir sıra fəsadlara yol açır.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Amaliya Rəhimova deyib: “Bir gün əvvəl bişirilən yeməyi ertəsi gün qızdırıb yeyəndə yaranan problemi heç kəs qida ilə əlaqələndirmir. Ən faydalı yağ da təkrar qızdırılanda xassəsini dəyişir. Məsələn, çuğundur, kələm və s. kimi tərəvəzlər torpağa verilən gübrələrdən nitrat topladığına görə onlar təkrar qızdırılanda daha təhlükəli maddələrə çevrilərək sağlamlıq problemləri yarada bilər”.

Mütəxəssislər yumurta, balıq, ət, toyuq, göbələk və bu kimi riskli məhsullardan hazırlanmış yeməklərin süfrədə 2 saatdan artıq saxlanılmasını düzgün hesab etmirlər. Həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, növbəti dəfə qızdırılıb istehlak edilməsi qida zəhərlənməsinə səbəb ola bilər.

“Paxlalı qidaları əvvəlcədən isladandan sonra bişirib, hətta bişirmədən də dondurucuda saxlamaq olar, çünki islanandan sonra 5-7 dəqiqə ərzində lobya, noxud, mərci və s. bişir. Tərəvəzləri təmizləyib hazır qoymaq, əti qaynadıb saxlamaq, yəni yeməkləri bu tipli qarışıq olmadan polufabrikant şəklində hazırlamaq və az miqdarda, yaxud lazım olan miqdarda bişirmək, yeməkləri çox miqdarda saxlayıb günlərlə istifadə etməkdən daha yaxşıdır”, - deyə həkim-diyetoloq bildirib.

Diyetoloqlar qeyd edirlər ki, bişirilən yeməklər soyuducuya yerləşdirilməzdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. İsti halda soyuducuya yerləşdirilən qidaların üzərini örtən nazik təbəqə buxarlanmanın qarşısını aldığı üçün yeməyin tərkibində zəhərli bakteriyaların çoxalması sürətlənir. Təcrübədən keçiriləndə aydın olur ki, soyuducudan çıxan yemək qızdırılan zaman dadındakı dəyişikliyin səbəbi məhz həmin mikroorqanizmlərdir.

Süd və süd məhsulları, tortlar və şirniyyatlar qida zəhərlənməsinə səbəb olan toksinlərin daşıyıcısı sayılır. Ona görə də bu tip qidaların istehlakı zamanı diqqətli olmaq vacibdir. Həkim-diyetoloq deyib ki, kremli tortlar, ruletlər və digər şirniyyat məhsulları çox tez bir zamanda xarab olmağa məruz qalır və onları təkrar qızdırmaq mümkün deyil ki, mikrobların zəhərləmə təhlükəsi aradan qaldırılsın.

Boyat qidalar kimi boyat çayların da orqanizmə ziyanı çoxdur, çünki köhnə tamlanmış çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Dəmlənmədən sonra uzun müddət saxlanılan çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da orqanizmdə mədə turşusunun artmasına, kapillyar damarların kirəcləşməsinə səbəb olur. Ona görə də tərkibindəki vitaminlərin xarab olmaması üçün yeməklər mütləq qədərində hazırlanmalıdır ki, sonradan sağlamlıq problemləri yaratmasın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video