Boy artımının asılı olduğu amillər
Hər bir valideyn övladının hündürboy olmasını istəyir. Əslində isə boy məsələsində genetika, idman və inkişaf dövründə qidalanma kimi faktorlar mühüm rol oynayır. Sümüklərin uzanma prosesi qızlarda 18-20, oğlanlarda isə 22 yaşına kimi davam edir.
Həkim-vertebroloq Roya Musayevanın dediyinə görə, uşağın boyunun qısa və ya uzun olacağını körpə yaşlardan müəyyən etmək olar: “Ata-ananın boyunun hündürlüyü əksər hallarda uşağın da boyunun hündür olmasını şərtləndirir. Lakin burada yeddi nəsil önəmli kriteriya sayılır, çünki həmin nəsildə qısaboyli kimsə varsa, uşağın DNK-sında kodlanmış olur və sonralar üzə çıxır. Bu zaman xaricdən müdaxilə, hormonal balansa diqqət yetirmək və uşağın qidalanmasına təsir göstərərək boyun uzanmasına nisbətən kömək etmək olar”.
İnkişaf mərhələsində boy qısalığına mane olan amillərdən biri də onurğa əyriliyi və fəqərə pozulmasıdır. Bundan başqa stress kimi psixoloji narahatlıqlar da boyun uzanmasına mənfi təsir göstərir. Müsahibimiz deyib: ”Uşaq doğularkən onun boyunun nə qədər olması mühüm əhəmiyyət daşıyır. Əsasən yeni doğulan körpələrin boyu 39 santimetrdən 54 santimetrə qədər olur. Təbii ki, burda yarımçıq doğulmuş uşaq faktoru da var. 1 yaşında uşaq artıq 71-74, 10 yaşında uşaq 120-140 santimetr arasında olmalıdır. İndiki dövrdə fast-fudların çox istifadə edilməsi nəticəsində də boy hormonuna, hətta köklüyə gətirib çıxara bilir. Ona görə valideynlərdə uşağın boyunun qısa olduğuna şübhə yarandığı vaxt uşağın hormonal balansı yoxlanılmalı və ona uyğun müalicə tətbiq edilməlidir”.
Aparılan araşdırmalar sağlam qidalanmanın, əsasən də proteinli qidaların boya təsir etdiyini göstərir. Ona görə də uşaqların süd və süd məhsulları, meyvə-tərəvəz, qoz-fındıq, ət məhsulları ilə qidalanması çox əhəmiyyətli rol oynayır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub...
06 Iyul
“Brent” markalı neftin qiyməti 100 dollardan aşağı düşüb
06 Iyul
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib...
06 Iyul
Bitki çaylarının qəbul qaydası
06 Iyul
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
06 Iyul
İyulun 6-da Azərbaycanda COVID-19 əleyhinə 2 min 140 doza vaksin vurulub
06 Iyul
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb
06 Iyul
Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyada keçirilən konfransda iştirak edib
06 Iyul
Qafqaz Müsəlmanları İdarəsinin sədri Koventri yepiskopu ilə görüşüb
06 Iyul
Bakıda Venesuelanın müstəqillik günü qeyd edilib
06 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!