15 Avqust 2022 12:14
364
İDMAN
A- A+

Boks üzrə Azərbaycan yığması Millətlər kubokunda 3 qızıl və 2 gümüş medal qazanıb

 

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokuna yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan milli komandası 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 3 qızıl və 2 gümüş medal qazanıb.

Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi yığmanın heyətində Bilal Nəzərov (46 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun çəki dərəcəsində Faiq Mollayev ikinci yeri tutub.

50 kiloqram çəki dərəcəsində Tağı Nəsibov da qızıl medala yiyələnib. O, finalda Daniel İrofteni (Rumıniya) 4:1 hesabı ilə məğlub edib. Nəsibov bu qələbə ilə 1/4 finalda komanda yoldaşı Vaqif Hacıyevə qalib gələn rumından revanş da alıb.

Məhəmmədəli Qasımzadə (57 kq) də Vrbasda Azərbaycanın Dövlət Himnini səsləndirib. Boksçumuz finalda Arun Tudoroiu (Rumıniya) üzərində 5:0 hesabı ilə inamlı qələbə qazanıb və qızıl medala layiq görülüb.

54 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşırəliyev (54 kq) isə ikinci yerlə kifayətlənib. Onun çəkisində Aydar Kadirxan (Qazaxıstan) çempion olub.

Beləliklə, 3 qızıl və 2 gümüş medal qazanan Azərbaycan yığması Millətlər kubokunda komanda hesabında 3-cü yeri tutub. Məşqçi Ağası Məmmədov bu nəticəyə əsasən, kubokla mükafatlandırılıb. 57 kiloqram çəki dərəcəsində yarışın qalibi olan Məhəmmədəli Qasımzadə, həm də ən döyüşkən boksçu kimi xüsusi mükafata sahib olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video