13 May 2022 14:24
732
DÜNYA
A- A+

BMT: Ukraynada müharibə səbəbindən 14 milyona yaxın insan öz evlərini tərk edib

Ukraynada silahlı münaqişə ilə əlaqədar bu ölkənin təqribən 14 milyon sakini öz evlərini tərk edib və onlardan 8 milyonu məcburi köçkünlərdir.

AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya bunu Təhlükəsizlik Şurasının iclasında bəyan edib. O qeyd edib ki, əksəriyyəti milli qeyri-hökumət təşkilatları olan 227 tərəfdaş 5,4 milyondan çox insana humanitar yardım göstərib. Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl bildirib ki, müharibə səbəbindən Ukraynanın 12 milyon sakini öz evlərini tərk etməyə məcbur olub və onların 95 faizindən çoxu evlərinə qayıtmaq istəyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video