30 Avqust 2024 21:17
210
SİYASƏT
A- A+

BMT rəsmisi əsir götürülmüş və itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı Ermənistana çağırış edib


İtkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq hüququ var.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Qeyd edək ki, rəsmi məlumatlara görə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşı itkin düşüb.

Sözçü Ermənistanı bu bu məsələ ilə bağlı duyarlı olmağa çağırıb: "Bütün dünyada itkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq haqqı var. Onların sevdiklərini azad etmək hüququ var, onların başına nə gəldiyi haqqında məlumat almaq hüququ var. Biz bütün üzv dövlətləri bu məsələ ilə bağlı duyarlı olmağa və hərəkətə keçməyə təşviq edirdik".

O, əlavə edib ki, BMT bu humanitar problemin həlli mövzusunda Azərbaycanla və bu mövzuda BMT ilə işləmək istəyən hökümətlərlə işləməyə hazırdır:

"Bu məsələdə hər yerdə bizimlə işləmək istəyən hökumətlərlə işləyirik".

Qeyd edək ki, avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video