17 Avqust 2022 19:52
598
SİYASƏT
A- A+

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib

 

15-16 avqust 2022-ci il tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, təqdimat zamanı nazir müavini Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycanın multi-etnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin ölkədə multikultiralizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib.

Nazir müavini qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Vətən Müharibəsində əldə edilmiş Zəfər ilə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multi-etnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib.

Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış iş üzrə Məhkəmənin müvəqqəti tədbirlərə dair qərarında Ermənistanın bir çox müraciətinin rədd olunduğu vurğulanıb, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə analoji işdə irqi nifrətin qızışdırılması və təşviqinin qarşısının alınması üçün Ermənistan tərəfindən tədbirlər görülməsinin Məhkəmə tərəfindən tələb olunduğunu qeyd edilib.

Komitə tərəfindən Ermənistanda nifrət nitqi ilə bağlı məsələlərin Ermənistan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı zamanı nəzərə alınacağı bildirilib.

 Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb.

 Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video