31 Iyul 2022 23:19
1105
DÜNYA
A- A+

BMT-nin Baş katibi İraqdakı vəziyyətin narahatlıq doğurduğunu bəyan edib  

 

BMT-nin Baş katibi Antonio Quterreş İraqda baş verən hadisələrlə əlaqədar bəyanatla çıxış edib. O, siyasi qüvvələri problemi danışıqlar yolu ilə həll etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Baş katib bəyanatında nəzərə çatdırıb ki, insanların azad toplaşmaq hüququ təmin edilməli və onların fikirləri nəzərə alınmalıdır. Bununla yanaşı, A.Quterreş bildirib ki, İraqın siyasi partiyaları və dini qrupları bir araya gəlib milli hökumət yaradaraq böhrandan çıxmalıdırlar. Əks təqdirdə ölkəni anarxiya bürüyəcək ki, bunun da qarşısını almaq daha da çətinləşəcək. Siyasi böhrandan əziyyət çəkən xalq öz iradəsini sərbəst şəkildə ifadə etmək imkanına malik olmalıdır.

Artıq 3-cü gündür ki, İraqda hakimiyyət uğrunda davam edən mübarizənin nəticəsi olaraq ictimai-siyasi sabitlik pozulub. “Sədr” dini-siyasi hərəkatının üzvləri “Hikmət” partiyasının nümayəndəsi Məhəmməd Şia əl-Sudaninin Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edərək kütləvi aksiyalar keçirir. Ötən gün aksiyaçılar İraq parlamentinin binasına daxil olaraq qanunverici hakimiyyətin işini dayandırıblar.

Hazırda İraqda bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Tərəflər iddialarında israrlı olduqlarını bildirir və qarşılıqlı güzəştə getməkdən imtina edirlər.

İraq mətbuatı yazır ki, ölkədə sabitliyin pozulması kənar dövlətlərin müdaxiləsinin nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video