23 Iyun 2022 15:20
580
DÜNYA
A- A+

BMT-nin Baş katibi Dövlət Qulluğu Günü münasibətilə müraciət yayıb  

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Dövlət Qulluğu Günü münasibətilə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Baş katibin müraciətində başqalarına xidmət etməkdən daha böyük peşə olmadığı vurğulanıb.

“Hər il Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günündə dünyanın hər yerində öz fikir, təşəbbüs və qüvvələrini öz icmalarına və bəşəriyyətə xidmət üçün fəxrlə həsr edən qadın və kişiləri yada salırıq.

Bu ilin mövzusu bizə xatırladır ki, dövlət qulluğunda olan məmurlar icmalarda bərpa işlərini və dayanıqlı inkişafı təmin etmək üçün bir çox yerli və qlobal tərəfdaşlarla çiyin-çiyinə işləyir. Tərəfdaşlıq inklüziv xidmətlərin hazırlanması və həyata keçirilməsi üçün çox vacibdir – dövlət xidmətlərinin genişləndirilməsi üçün texnoloji həllərlə bağlı özəl sektorla əməkdaşlıqdan tutmuş, dövlət siyasətləri, proqramlar və icmaların fəaliyyətlərində müxtəlif fikirləri daha yaxşı əks etdirmək üçün vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyətədək.

Gəlin bu əlamətdar gündə dövlət qulluqçularının dünyanın hər yerində təkcə gördüyü işi deyil, onların bütün insanlar üçün daha yaxşı gələcək qurmaq naminə tərəfdaşlığa olan sadiqliyini də qeyd edək”, - deyə Antonio Quterreşin müraciətində bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video