Blutuzla izlənmə
Kaliforniya Universitetinin alimləri "Bluetooth Low Energy" (BLE) interfeysinin unikal siqnalları vasitəsilə insanın hərəkətini izləmək üsulunu aşkar ediblər. Bu unikal siqnallar hətta smartfonun blutuz vasitəsilə aktiv qoşulmaya sahib olmadığı zamanlarda da generasiya edilir.
"BLE" çipin istehsalçısından və modelindən asılı olmayaraq, onun quraşdırılmış olduğu smartfonda generasiya edilən siqnalların detallı analizi vasitəsilə hər bir çip üçün unikal olan rəqəmsal izi təyin etmək mümkündür. Alimlər qeyd edirlər ki, smartfon üzərindən generasiya edilən bu cür "BLE" izin olduğu halda smartfon sahibinin qeyd edilmiş nöqtədə olub-olmadığını təyin etmək mümkündür. Bunun üçün hətta hansısa qəliz təchizata malik olmaq lazım deyil, sadəcə, siqnal qəbuledici kifayətdir.
Tədqiqatçı mütəxəssislər bu nəzəriyyəni reallaşdırılmış testlərlə sübut ediblər. Onlar insanların gur olduğu yerlərdə "BLE" izləri identifikasiya ediblər və testlərdə iştirak etmiş könüllülərin yerdəyişməsini təyin etməyi bacarıblar. Məlumatda qeyd edilib ki, bu və ya digər şəxsin bu üsulla izlənməsinin bir sıra texniki çətinlikləri var. Belə ki, siqnalın qəbuledicisi "BLE" siqnalın əhatə dairəsində olmalıdır. Adətən, bu göstərici 10 metr olur. "BLE" izinin identifikasiyasını reallaşdırmaq üçün lazımi təchizatı texniki hazırlıq görmüş şəxs idarə etməlidir. Bundan əlavə, unikal siqnal izinə hava temperaturu kimi xarici faktorlar təsir göstərə bilərlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!