06 Iyul 2022 22:10
582
CƏMİYYƏT
A- A+

Bitki çaylarının qəbul qaydası

 

Lap qədim zamanlardan bitkilərdən çaylar hazırlayaraq sağlamlıq məqsədilə istifadə olunub. Həmin ənənə müasir dövrdə də davam edir. Çoxları qara çaydan, qazlı içkilərdən imtina edərək bitki çayları içir. Ancaq hər şeyin miqdarı olduğu kimi, onun da istehlak norması var.

AZƏRTAC xəbər verir ki, diyetoloq Ceyhunə Yusifova deyib: “Gündə 2 stəkandan artıq bitki çayı içilməsi düzgün deyil. Həm də çayları növbəli şəkildə qəbul etmək lazımdır. Bir gün çobanyastığı çayı içilibsə, ertəsi günü başqa bir bitki çayı içilməlidir. Gündəlik istifadə üçün məsləhət görülən çaylar çobanyastığı, kəkotu, razyana, adaçayı, yaşıl çay və darçın çaylarıdır. Uşaqlar və hamilə qadınlar bitki çaylarının qəbulu zamanı daha diqqətli olmalıdırlar”.

Bitki çaylarının nə vaxt qəbul edilməsi də heç də az əhəmiyyət daşımır. Onu içməyin saatları barədə məlumat verən diyetoloq deyib: “Yatmazdan əvvəl adaçayı içilməsi təzyiqin yüksəlməsinə və yuxunun qaçmasına səbəb ola bilər. Yatmazdan əvvəl daha çox çobanyastığı və melisa kimi stressi aradan qaldıran, sakitliyi qoruyan çayların içilməsi məsləhətdir”.

Adaçayı boğaz ağrısına yaxşı təsir edir, çobanyastığı isə beyini sakitləşdirir. Lakin onlardan düzgüm istifadə olunmaması faydadan çox zərər verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video