Birinci Qarabağ müharibəsi şəhidinin büstü qoyulub
Şəhid Sərvər Abdulkərimovun adını daşıyan Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstünün açılışı olub.
Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri, qazilər və məktəblilərin iştirak etdikləri mərasimdə büstün önünə gül dəstələri düzülüb, şəhidlərimiz birdəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər şəhidin həyat və döyüş yolundan söz açıblar. Bildirilib ki, Sərvər Abdulkərimov Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılan Quba-Qusar batalyonuna könüllü qoşulub. O, 1993-cü il dekabrın 27-də Füzuli rayonu ərazisində Şişqaya uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Şəhidin həyat yoldaşı Şahzadə Abdulkərimova və qızı Ruqiyyə Hüseynova ailələri adından onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhidin nəvələri Sərvər və İlknur hazırda babalarının adını daşıyan məktəbdə təhsil alırlar.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!