08 Avqust 2022 11:40
406
CƏMİYYƏT
A- A+

Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

 

Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir. Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətləri əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir. Bu barədə daha ətraflı məlumatı https://sosial.gov.az/post_576347 linkə daxil olmaqla öyrənmək olar.

Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video