06 Iyul 2022 11:43
1166
Səhiyyə
A- A+

Beyin hüceyrələrini qorumaq üçün vasitələr

İnsan yaşa dolduqca beyində olan hüceyrələr məhv olmağa başlayır. Bu isə yaddaş və diqqətin zəifləməsinə gətirib çıxarır. Gündəlik həyatda beynin fəaliyyətini yaxşılaşdırmaq üçün diqqət yetirilməli olduğu məsələlər var.

AZƏRTAC xəbər verir ki, həkim-nevroloq Ülviyyə Səlimovanın dediyinə görə, erkən qocalmanın qarşısını almaq üçün beynin hər iki yarımkürəsi inkişaf etdirilməlidir: “Ətraf mühitdən alınan enerji, zərərli radiasiya orqanizmin bütün hüceyrələrinə mənfi təsir göstərdiyi kimi, beyin hüceyrələrinə də təsir edir. Mobil cihazlar, internet, yüksək dalğalar beyinə təsir göstərir. Bir tərəfdən də bəzi vərdişləri, məsələn, təkrarlanan hərəkətləri dəyişmək lazımdır. Evə, işə həmişə gedilən yolla yox, başqa bir yolla getmək lazımdır, çünki beyin rəngarəngliyi sevir”.

Bütün toxumalarda olduğu kimi, beynin də vacib ehtiyaclarından biri oksigendir. Beyin hüceyrələrini qorumaq üçün təmiz havada gəzmək olduqca faydalıdır. Bundan başqa xüsusi beyin məşqləri, gimnastika yaddaşın güclənməsində müsbət rol oynayır.

Həkim-nevroloq deyib: “Alimlər sübut ediblər ki, beyni inkişaf etdirmək, yaddaşı gücləndirmək üçün müxtəlif vasitələrdən, məsələn, şahmat kimi zəka oyunlarından istifadə etmək faydalıdır. Bundan başqa atalar sözləri, şeirlər əzbərləmək, xarici dil öyrənmək də beynin gimnastikası sayılır və müsbət təsir göstərir. Yaşlı adamların bilməcələr, krossvordlar, skanvordlar həll etməsi bu sahədə onlara yaxşı təsir edir”.

Unutqanlıq, yaddaş zəifliyi, fikir dağınıqlığı kimi hallar əsasən 30 yaşdan sonra da baş verir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və beyin gimnastikasına vaxt ayırmaq lazımdır. Hüceyrələrin məhv olmaması və istirahəti üçün normal yatmaq və düzgün həyat tərzi keçirmək olduqca vacibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video