31 Avqust 2022 00:40
639
Elm və texnika
A- A+

Bəşəriyyət sürətli dəyişmə və təsir prosesindən keçir

 

Gənclər bunun zərərindən uzaq olub, faydasından bəhrələnməlidirlər

 

Təhsil ailədən, məktəbdən başlayaraq, sonra da mədəni və sosial ölçüləri ilə bütün həyatımız boyu bizi tərk etməyən bir anlayışdır. Əgər təhsilə qısaca tərif versək, "Təhsil həyatın özüdür" deyə bilərik. Çünki insanın inkişafı, təcrübəsi və ya təkamülü kimi hadisələr təhsillə başlayır. Bundan əlavə, düşüncə tərzimizi və davranışımızı  dəyişən, inkişaf etdirən təhsil həyatımızı daha yaxşı, daha gözəl və faydalı edən əhəmiyyətli bir sahədir.
Bu bir həqiqətdir ki, cəmiyyətlərin, ölkələrin, hətta bütün dünyanın gələcəyi savadlı nəsillərlə sıx bağlıdır. Yaxşı təhsil  ilk növbədə düzgün öyrənmə və öyrətməklə uğur qazanır. Buna nail olmaq üçün təhsil sahəsində sürətlə inkişaf edən texnologiyadan bəşəriyyətə maksimum fayda verəcək şəkildə faydalanmaq lazımdır. 
Artıq 2000-ci ildən başlayaraq dünyamızda "Millenium" adlı yeni bir dövr başlayıb və bu dövrün uşaq və gəncləri tamamilə yeni nəsli təmsil edirlər. "İnternet gəncləri" də adlandırdığımız bu  gənclər "Cib telefonu", "Ipod" və bütün qabaqcıl texnologiya alətlərini fərdi həyatlarının ayrılmaz hissəsi kimi qəbul edərək böyüyürlər. Amma bəzən də texnologiyaya o qədər aludə olurlar ki, düşünməyə  belə vaxt ayıra bilmirlər. Düşünməyə vaxt tapmamaq isə istər-istəməz tənbəlliyə gətirib çıxarır. Ona görə də  gənclərin çoxu işləməyi, zəhmət çəkməyi sevmirlər. İstər mobil telefonlarında, istərsə də kompüter vasitəsilə hər cür məlumat artıq ovuclarındadır. İstədikləri məsələni belə asan əldə etmək imkanı təəssüf ki, həm də vəfasız insan quruluşunun formalaşmasına gətirib çıxarır. 
Gənclərimizin və uşaqlarımızın bu qədər rahat yaşamaq şansı əldə etməsi nəticəsində israfçılıq, asan və çoxlu pul qazanmaq kimi yararsız məşğuliyyətlərə yiyələnməyə də gətirib çıxarır. Bu faktların fonunda təhsil sistemləri yenidən planlaşdırılmalı və proqramlaşdırılmalıdır. Bütün bunları nəzərə alsaq, əslində, təhsilin necə çətinləşdiyini aydın şəkildə görə bilərik. Daim dəyişən dünya dəyərləri, qlobal iqtisadiyyat və sürətlə inkişaf edən kommunikasiya sistemləri gənclərin təkcə milli deyil, həm də qlobal səviyyədə maarifləndirilməsi zərurətini ortaya qoyur. Lakin yeni təhsilin həyata keçirilməsi üçün təkcə prinsiplər deyil, həm də iqtisadi şərtlərin sistemə tətbiqi çox vacib şərt kimi nəzərə alınmalıdır. 
Bəşəriyyət çox sürətli bir dəyişmə və təsir prosesindən keçir. Biliyin toplanması, məlumat əldə etmək asanlığı və müasir ünsiyyət imkanları insanları sanki ofsunlayır. Yüz illərdir hər yeni ixtiranın, hər yeni texnologiyanın əsas məqsədi insanların həyatını asanlaşdırmaq olub. Bununla belə müasir insanlara geniş, demək olar ki, qeyri-məhdud imkanlar təqdim edən bütün yeni texnologiyalar fayda ilə yanaşı, zərər də gətirir. İnsanlar bəzən bir-birindən uzaqlaşır, özgələşirlər. Təbii ki, gündə yeddi-səkkiz saatını kompüter və ya mobil telefon qarşısında keçirən insan zamanla digər insanlarla təkbətək münasibət qurmaqda çətinlik çəkəcək. Başqalarını başa düşməkdə, anlayış göstərməkdə problemlər yaşayacaq. Halbuki ruhumuz və beynimiz yalnız doğmalarımız, dostlarımız, tanışlarımızla  vaxt keçirdiyimiz zaman dincəlir.
İnsanın insandan qaçması böyük təhlükədir. Sanki ətrafımızda olan  hər kəs bu təhlükənin fərqində deyilmiş kimi davranır. Amma təəssüf ki, artıq  dünyamızda insanların çoxu bundan təsirlənib. Bu səbəbdən humanitar məqsədlə bütün insanların və təbiətin rifahı üçün yeni bilik və avadanlıqlardan doğru  istifadə etməyi öyrədən təhsil sistemi vacibdir. 
Təhsil uşaqları yalnız ali təhsil səviyyəsinə çatdırmamalı, həm də kiçik yaşlarından  həyata hazırlamalıdır. İdeal təhsil məhz bu əsas anlayışla qurulmalıdır. Şagirdlər yeni əsrin tələb etdiyi fundamental fənlər üzrə bilik, bacarıq və praktiki təcrübə əldə etməklə yanaşı, həyatı öyrənməli, qlobal təsirə məruz qalıb özündən, öz milli kimliyindən uzaqlaşmamalıdır.
Universiteti bitirmiş gənc artıq "onsuz da diplomumu aldım. Bundan sonra nə kitab oxumalı, nə araşdırma aparmalı, nə də yeni məlumatları izləməliyəm" deməməli, əksinə, onlara ömür boyu öyrənmənin vacibliyini anlatmaq lazımdır.
İnsanın xoşbəxtliyi üçün fiziki sağlamlıq qədər ruhi sağlamlıq da vacibdir. İnsanları xoşbəxt edəcək, uğura və sülhə aparacaq tək bir yol var. Bu yol daim öyrənməkdən, düşünməkdən, ictimai həyatda fəal rol oynamaqdan, problemləri anında həll edə bilmək bacarığından keçir. Ona görə gələcəyimizi əmanət etdiyimiz gənclərimizin şəxsi yaradıcılığını sosial dəyişikliklərə uyğunlaşdırmaq üçün davamlı səy göstərməliyik. Onlara həyatın tələbi kimi maliyyə sahəsində daha ağıllı davranmağı, multikultural dünyanı dərk etməyi, təbiəti qorumaq üçün ekoloji biliklərə malik olmağı, sosial mühitə asanlıqla uyğunlaşmağı, sağlam həyatın tələblərini yerinə yetirməyi, müşahidə qabiliyyətinə malik olmağı hələ orta məktəb vaxtı öyrətməliyik. Çünki sürətlə qloballaşan dünyamızın  problemlərini  gələcəyimiz  adlandırdığımız gənclər həll edəcəklər. Sabah dünya insanları artan ekoloji problemlərlə, su çatışmazlığı, kənd təsərrüfatı torpaqlarının qıtlığı, əhalinin sürətli artımı, qlobal istiləşmə, yoxsulluq və terrorizmlə daha çox mübarizə aparmalı olacaqlar. Bu səbəbdən XXI əsrdə gənclər yalnız informasiya qəbul edən yox, eyni zamanda yeni informasiya istehsal edən, düşünən, yeni texnologiyalarda yeni məlumatları canlı saxlayan, lazımi xidmətlərin istehsalında və paylanmasında cəmiyyətin mənafeyi naminə fəal rol oynayan olmalıdırlar. Gənclərimiz komanda işinə meyilli, düşünməyə, araşdırmaya, problemləri yaratmaqdansa həll etməyə yönəldilməlidir. Bu cür gəncliyə və gələcəyə çata bilmək üçün  təhsil sisteminin, hər bir təhsil işçisinin və cəmiyyət olaraq hər birimizin üzərinə çox böyük öhdəliklər düşür. Çünki gələcəyimizin taleyi indiki uşaqların şüurunda, qəlbində və iş qabiliyyətində gizlidir. Gələcəyimiz üçün sorğu-sual edən, düşünən, universal şəxsiyyətə malik, dərketmə gücü, təhsil və tərbiyə səviyyəsi yüksək olan  övladlarımızın sayı artdıqca,  dünyamız daha da  gözəlləşəcək.

İlahə ALLAHVERDİYEVA, 
Naxçıvan  Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video