Bəşəriyyət aclıq astanasındadır
Zəngin ölkələr inflyasiya, kasıb ölkələr isə iğtişaş təhlükəsi ilə üzləşə bilərlər
Almaniyanın "Welthungerhilfe" Humanitar Təşkilatının apardığı araşdırmaların nəticəsinə əsasən, dünyada aclıq təhlükəsi getdikcə artacaq.
Bunun səbəblərindən biri hazırda davam edən Rusiya-Ukrayna münaqişəsidir. Qeyd edilir ki, münaqişədən əvvəl Ukrayna dünyanın əsas taxıl istehsalçılarından biri idi. Bir çox ölkələr, xüsusilə də Şimali Afrika dövlətləri məhz Ukraynadan gələn ucuz buğdadan asılıdırlar.
Humanitar təşkilat "Böyük yeddilik" ölkələrinin kənd təsərrüfatı nazirlərinin görüşü ərəfəsində Ukraynadakı münaqişə ilə əlaqədar dünyada ac insanların sayının daha da kəskin artacağı təhlükəsi barədə xəbərdarlıq edib.
Təşkilatın siyasi məsələlər üzrə müavini Rafael Şnayder bildirib ki, bunun qarşısını almaq üçün nazirlər təcili tədbirlərin həyata keçirilməsi prosesinə mümkün qədər tez başlamalıdırlar. Onun dediyinə görə, bu tədbirlər görülməzsə, o zaman ərzaq qiymətlərinin bahalaşması acların sayının daha da artmasına səbəb olacaq. Hazırda dünyada təxminən 800 milyon insan aclıqdan əziyyət çəkir və bu hal təkcə Ukraynadakı vəziyyətdən deyil, həm də sistemli səhvlərdən qaynaqlanır.
Agentlik Ukraynadan idxal çatışmazlığını aradan qaldırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin buğda yetişdirməyi asanlaşdırmaq planını sərt tənqid edib. Şnayder alman nazirinin taxıl yetişdirilməsi üçün Avropa İttifaqının ekoloji əhəmiyyətli ərazilərindən istifadə etmək niyyətini "səhv" adlandırıb. O, əvəzində dünyanın cənub bölgələrində kənd təsərrüfatını inkişaf etdirməyə, kənd təsərrüfatı məhsullarının regional ticarətini genişləndirməyə, idxal kvotalarını artırmağa və kiçik fermerlərə dəstək verməyə çağırıb.
Dünyada buğda ixracının üçdəbiri təhlükə altındadır. Zəngin ölkələr inflyasiya, kasıb ölkələr aclıq və iğtişaş təhlükəsi ilə üzləşə bilər.
Xatırladaq ki, 2011-ci ildə taxılın qiymətinin kəskin bahalaşması fonunda Şimali Afrikada və Yaxın Şərqdə "ərəb baharı" adlı üsyan və inqilablar dalğası başlamışdı. Sonradan bu dalğa Suriyaya çatdı və hələ də əmin-amanlığın bərqərar olmadığı bu ölkədə vətəndaş müharibəsinə səbəb oldu.
Almaniyanın əmtəə bazarları üzrə eksperti Karsten Friç isə bildirir ki, problem daha genişdir və bütün dünya ərzaq bazarına aiddir, çünki indiyədək qlobal buğda ixracının təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşüb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!