Bəhreyn parlamenti Azərbaycanla əlaqələrin daha da inkişafına töhfə verməyə hazırdır
Bəhreyn parlamenti dost ölkə olan Azərbaycanla əlaqələrin daha da inkişafına öz töhfəsini verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bəhreyn parlamentinin spikeri xanım Fevziyə bint Abdullah Zeynal Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevlə görüşündə söyləyib.
Bəhreyn parlamentinin spikeri bildirib ki, iki dost ölkənin xalqlarını ortaq dini, mədəni dəyərlər birləşdirir. O əlavə edib ki, iqtisadi, ticari və qarşılıqlı sərmayələr sahələrində əməkdaşlığın geniş imkanları mövcuddur və Bəhreyn Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafında maraqlıdır. Xanım Fevziyə bint Abdullah Zeynal vurğulayıb ki, Bəhreynin Nümayəndələr Palatası bu prosesə qanunvericilik müstəvisində hər cür dəstək verəcəkdir.
Görüşdə Bəhreyn və Azərbaycanın qanunverici orqanları arasında əlaqələrin inkişafı və parlament diplomatiyasının daha da fəallaşması istiqamətində fikir mübadiləsi aparılıb.
Səfir Şahin Abdullayev Azərbaycanın dost Bəhreynlə daha sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, həmçinin regionda və dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində iki ölkənin parlamentləri arasında regional və beynəlxalq miqyasda əlaqələrin daha da güclənməsinin zəruriliyini qeyd edib. Düşmən tapdağından qurtulmuş torpaqlamızda aparılan bərpa və quruculuq işləri barədə məlumat verən diplomatımız bildirib ki, Azərbaycanda geniş sərmayə imkanları, xüsusən işğaldan azad edilmiş ərazilərimizdə bəhreynli investorlar üçün hər cür şərait mövcuddur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!