31 Mart 2022 01:24
1254
Oxucu məktubları
A- A+

“Baş Plan”da nəzərdə tutulan tədbirlər sayəsində tıxac problemləri böyük miqyasda həllini tapacaq”

 

Qəzetimizdə dərc olunmuş “Bakının boğazında tıxac olmuş tıxac problemi” məqaləsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi redaksiyamıza məktub göndərmişdir. Məktubda yazılır:

“Sizin “Bakının boğazında tıxac olmuş tıxac problemi” sərlövhəli məqalədə qaldırılmış problemlərin aradan qaldırılması barədə ünvanladığınız məktubunuza aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyində baxılmışdır.

...Yeni avtomobil yollarının çəkilməməsi, küçə-yol şəbəkəsinin genişləndirilməsi barədə qeyd edək ki, paytaxtın əsas arterial yollarında, eləcə də mühüm nəqliyyat qovşaqlarında hərəkətin optimallaşdırılması və nəqliyyat sıxlığının aradan qaldırılması üçün Bakı şəhərinin 2020-2040-cı illər üzrə perspektiv Baş Planında müvafiq tədbirlərin görülməsi, yeni avtomobil yollarının inşa edilməsi kimi tədbirlər nəzərdə tutulur. Baş Planda nəzərdə tutulan yeni radial və dairəvi yolların inşası nəticəsində şəhər mərkəzi daxil olmaqla, 20 Yanvar, 3-cü mikrorayon dairələrində, eləcə də məqalədə qeyd olunan digər yol sahələrində tıxac problemləri böyük miqyasda öz həllini tapacaqdır.

Agentlik paytaxtda parklanma yerlərinin təşkili və idarə olunması məqsədilə bu sahədə ixtisaslaşmış beynəlxalq konsultasiya şirkəti ilə əməkdaşlıq etməkdədir. Hazırlanan layihədə 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanmış və təhlil olunmuşdur. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Konsepsiya hazırlanmışdır. Demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Konsepsiyaya uyğun olaraq şəhər ərazisi zonalara bölünmüşdür. Konsepsiyada hər zonaya fərdi yanaşma tətbiq olunması nəzərdə tutulur. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası şəffaf idarəetmənin təşkili Konsepsiyanın əsas hədəflərindəndir. Hədəfə nail olunması üçün innovativ həllərin tətbiqi nəzərdə tutulub. Müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkinq yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə Konsepsiyada əksini tapan əsas məsələlərdəndir. Artıq hazırlanmış Konsepsiya razılaşdırılması üşün aidiyyəti qurumlara göndərilmişdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video