06 Iyul 2022 16:15
480
SİYASƏT
A- A+

Baş nazirin müavini Şahin Mustafayev İranın energetika naziri ilə görüşüb

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 6-da İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu qeyd edilib, iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin görüşünün önəmi vurğulanıb.

Azərbaycan ilə İran arasında müxtəlif istiqamətlərdə, xüsusilə də ticarət-iqtisadi, nəqliyyat, energetika, mədəniyyət sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Mütəmadi təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişafında rolu yüksək qiymətləndirilib.

Söhbət zamanı energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycan ilə İran arasında elektrik enerjisinin plana uyğun olaraq mübadilə edildiyi bildirilib, iki ölkənin elektrik sistemlərinin birləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Eyni zamanda, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin gedişi, habelə bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video