15 Avqust 2022 15:21
437
CƏMİYYƏT
A- A+

Balakəndə genişmiqyaslı əməliyyatlar keçirilib, 7 nəfər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində “Kalaşnikov” avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri “Darama” əməliyyatları zamanı 3 narkotik plantasiyası aşkar edilib. Həmin plantasiyaları salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli çətənə kolu, 13 kiloqrama yaxın qurudulmuş marixuana, 2 ədəd ov tüfəngi və həmin silaha aid patronlar aşkar olunub.

Daxil olmuş məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə Tacəddin Kaltayev və Elnur Əliyev tutulub, şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib. Davam etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixuana götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində qanunsuz odlu-silah sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin şəxsdən istifadəyə yararlı “Kalaşnikov” avtomatı, sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, eləcə də rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video