23 Oktyabr 2022 01:23
6379
Oxucu məktubları
A- A+

Bakının küçələrindəki bulaqlar niyə yox olub

 

Bakının küçələrində adi su tapmaq problemdir. Bu cənub şəhərində kimisə günəş vurarsa, istidən halı pisləşərsə, huşunu itirərsə, bir içim su tapmazsan ki, üzünə vurasan. 
Gərək mütləq mağazalara qaçasan. Hansı ki mərkəzin yaşıllıqlar yerləşən məkanlarında su xətləri var və yeri gəldikdə, kritik vəziyyətlərdə onlardan istifadə etmək olar. Lakin nə edəsən ki, hansı su xəttinin kranına baxırsan, açacağı üstündə deyil, çıxarılıb. 
Bağbanlar onları ya kəlbətin, ya da xüsusi alətlərlə açırlar. Əvvəllər bütün şəhərlərin, o cümlədən paytaxtın küçələrində bulaqlar vardı. Həmin bulaqlar öz dizaynları ilə həm şəhərin görkəminə əlavə yaraşıq verər, həm də əhalinin suya olan ehtiyacını ödəyərdi. İndi isə Bakının xüsusən mərkəzi küçələri iaşə obyektlərinə çevrilib. Allah eləməmiş, cibində pulu olmayan birinin ciyəri yansa, bir qurtum su tapmayacaq. Görəsən ilk baxışdan adi görünən bu problem haqqında fikirləşən varmı?

İman MİRZƏZADƏ,
Bakı sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video