28 Yanvar 2022 00:14
1158
Oxucu məktubları
A- A+

“BakıKart” həm də problem deməkdir

 

Marşrut avtobuslarının kart sisteminə keçməsi sərnişinlər tərəfindən rəğbətlə qarşılanıb, baxmayaraq ki, sərnişinlər bu zaman çətinliklə üzləşməli olurlar. Məsələn, kartı avtobusa yükləmək üçün ön qapıdan minmək məcburiyyətində qalırlar ki, bu da istər-istəməz növbə yaradır və nəqliyyat vasitələri dayanacaqlarda çox vaxt itirməli olurlar.

Sərnişinlərin kartla bağlı üzləşdiyi əsas problem isə yükləmə terminallarının lazımi yerlərdə qoyulmaması və olanların da çoxunun işləməməsidir. Məsələn, Binəqədi qəsəbəsində heç bir dayanacaqda yükləmə terminalları quraşdırılmayıb. Sərnişinlər məcbur olub ona-buna yalvarırlar ki, kartlarından istifadə etsinlər. Mir Cəlal küçəsində, Azərbaycan Texniki Universitetinin qarşısında, Dərnəgüldə  və bir çox başqa ərazilərdə yerləşən dayanacaqlardakı yükləmə terminalları da işləmir.

Sərnişinlərin narazılığına səbəb olan məsələlərdən biri də avtobuslardakı terminallara vurulan kartlardan çox pul çıxmasıdır. Məsələn, kartdan bəzən 30 qəpik əvəzinə 40-50, hətta 60-70 qəpik çıxır. Sərnişinlər yaranmış sıxlığa görə buna nəzarət edə bilmirlər.

Hafiz MİRZƏYEV,

Bakı sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video