16 Oktyabr 2025 08:50
386
İQTİSADİYYAT
A- A+
Bakıdan Qərbi Papuaya uzanan yol

Bakıdan Qərbi Papuaya uzanan yol


Azərbaycanda təhsilin inkişafı və peşəkar kadrların yetişdirilməsi dövlət siyasətinin mühüm strateji prioritetlərindəndir. Bu istiqamətdə normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət proqramlarının uğurla icra olunması, kadr islahatları və digər addımlar cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, onların həm cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakı, həm də ölkəni beynəlxalq müstəvidə layiqincə təmsil etməsi baxımından böyük əhəmiyyətə malikdir.

Bu günədək müvəffəqiyyətlə icra olunan və hazırda da icrası davam etdirilən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramları qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından istifadə edərək yeni nəsil mütəxəssislərin yetişdirilməsi və insan kapitalının inkişafı baxımından böyük önəm daşıyır. Bu proqramlardan yararlanan Azərbaycan gəncləri uğurlu karyera yolu qət edərək müxtəlif ölkələrdə səmərəli fəaliyyət göstərirlər. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan gənclərdən biri də Sərxan Bayramlıdır. Bakıda həkim ailəsində doğulan, Böyük Britaniyada təhsil alan Sərxan Bayramlının da karyera yolu Çinin nəhəng sənaye zavodlarına, Londondan Melburna, Batam adasından Cakarta və Qərbi Papuaya qədər uzanıb. Hazırda o, 7 milyard dollarlıq BP "Tangguh UCC" layihəsində quru terminalının tikinti rəhbəri kimi çalışır. Ən əsası, S.Bayramlı bu layihədə yeganə azərbaycanlıdır.

"2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olundum, ixtisasım Geologiya mühəndisliyi idi. Amma bir ildən sonra təhsilə xaricdə davam etmək qərarı verdim. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyada, Nyukasl Universitetində Dəniz texnologiyası və mühəndisliyi ixtisası üzrə təhsil aldım. Bu, mənim üçün çox böyük təməl oldu və beynəlxalq müstəvidə karyera inkişafına yol açdı" deyən S.Bayramlı bildirdi ki, ilk olaraq "Şahdəniz-2" layihəsində quru tikililərində mühəndis kimi işləməyə başlayıb, ardınca isə "Azəri-Mərkəzi-Şərqi" layihəsində polad konstruksiyaların istehsalı və quraşdırılmasına rəhbərlik edib. 

 2018-ci ildə Şanxaya göndərilən və "Greater Tortue Ahmeyim" (GTA) layihəsi çərçivəsində üzən hasilat, saxlama və boşaltma qurğusunun texnoloji təchizat üst modulları tikintisinə və quraşdırılmasına rəhbərlik edən Sərxan Bayramlı qeyd edir ki, bu, olduqca mürəkkəb iş idi: "Gənc idim, cəmi 27 yaşım vardı. Amma işin həcmi və məsuliyyəti o qədər böyük idi ki, mənim üçün həm məktəb, həm də imtahan oldu. Layihəni uğurla başa vurduq və bu, mənim karyeramda dönüş nöqtəsi idi".

O, Çindən sonra Londona göndərilib və bir il boyunca orada çalışaraq GTA layihəsinin iş sahələrinə dəstək verib: "Qısamüddətli ezamiyyətlər məni Avstraliyanın Melburnuna və İndoneziyanın Batam adasına apardı. Mən burada sualtı konstruksiyaların hazırlanmasına nəzarət etdim. Hər ölkə yeni mədəniyyət, yeni dərs və yeni baxış demək idi. 2023-cü ildə isə mən yeni layihə üçün İndoneziyaya ezam olundum. BP-də hər zaman olduğu kimi, şəffaf seçim prosesi nəticəsində 2023-cü ildə dəyəri 7 milyard dollar olan İndoneziyadakı Ubadari Karbon Tutulma və Saxlama layihəsinin quru tikililərinə tikinti rəhbəri vəzifəsinə seçildim. Əvvəlcə Cakartada layihənin ilkin mühəndislik dizaynı mərhələsində çalışdım, hazırda isə Qərbi Papuadakı tikintiyə rəhbərlik edirəm. UCC layihəsi Ubadari qaz yatağının işlənməsini, karbonun tutulması, istifadəsi və saxlanması vasitəsilə təkmilləşdirilmiş qaz hasilatını və quruda sıxılmanı əhatə edir və İndoneziya hökuməti tərəfindən milli strateji layihə kimi təyin olunub".

S.Bayramlı deyir ki, BP-də keçirdiyi 10 il ərzində həm yerli, həm də xarici mütəxəssislərin dəstəyi və bilikləri sayəsində səmərəli inkişaf yolu keçib: "BP hər bir əməkdaşının inkişafına xüsusi önəm verir və onların peşəkar potensialını reallaşdırmaları üçün geniş imkanlar yaradır. Ümumilikdə isə, 10 illik karyeramda mən bunu öyrəndim ki, məsuliyyət yaşdan asılı deyil. 27 yaşında nəhəng layihədə tikintiyə rəhbərlik edəndə anladım ki, əsas olan cəsarət, inam və əzmkarlıqdır. Karyera fəaliyyətimdə çox qürurverici anlarım olub. Amma xüsusi olaraq bir məqamı qeyd etməliyəm: 2018-ci ildə Xəzər Neft və Qaz sərgisində stendə baxış zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşmək mənim üçün müstəsna önəm daşıyan unudulmaz an oldu. Bu, mənə həm motivasiya verdi, həm də böyük məsuliyyət demək idi. Uğur anlayışı mənim üçün yalnız layihəni müvəffəqiyyətlə başa vurmaq deyil, ən əsası, Azərbaycanın adını dünyada ləyaqətlə təmsil etməkdir".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb

20:00
10 Noyabr

COP30: Saymon Stil ölkələri “Bakıdan Belenə yol xəritəsi”ni reallaşdırmağa çağırıb  

19:57
10 Noyabr

Nikola Sarkozinin azadlığa buraxılması barədə qərar verilib  

19:52
10 Noyabr

Qarabağ Zəfəri bölgə üçün dönüş və mənəvi anlam daşıyır - təhlükəsizlik üzrə ekspert  

19:38
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!