25 Sentyabr 2024 23:25
953
İQTİSADİYYAT
A- A+
Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib

Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib

Bu gün Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksəkvəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak ediblər. İki gün davam edəcək beynəlxalq forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunub.

Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Beynəlxalq Valyuta Fondunun rəsmisi Marqaret Kotton çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon Qiymətqoyma üzrə Bakı Beynəlxalq Forumunun mühüm bir dövrə təsadüf etdiyini, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini, forumun gündəliyinin karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirmək olduğunu bildirib. Nazir qeyd edib ki, mövzu ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlar, habelə IOTA-ya üzv ölkələrin nümayəndələri ilə müzakirələr aparmaq səmərəli və xoş fürsətdir. Nazir forumun qlobal miqyasda zəruri olan təmiz ətraf mühit gündəliyinin prioritetlərinin reallığa çevrilməsi yolunda təşəbbüslərə töhfə verən və yeni yanaşmaların təməlinin qoyulmasına fürsət yaradan platformalardan biri olduğunu qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iqlim dəyişikliyi ilə mübarizənin yaratdığı yeni reallıqların müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi öncəsi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsini çox əhəmiyyətli bir hadisə adlandırıb. Forumun ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək imkanı yaratdığını qeyd edib. O.Nəzərli bildirib ki, iqlim dəyişikliyi getdikcə daha geniş miqyasda və təxirəsalınmaz bir şəkildə beynəlxalq gündəmdə yer almaqdadır. Çünki bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir. Bu səbəbdən də qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri olan karbon qiymətqoyma istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir.

O.Nəzərli bildirib ki, bu prosesdə birgə təşəbbüslər çox vacibdir, yəni hökumət, vətəndaş cəmiyyəti, özəl sektor, beynəlxalq təşkilatlar və ölkələr müştərək formatda çalışmalıdır. Yalnız bu halda iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq və gələcək nəsillər üçün daha dayanıqlı və yaşıl bir dünya yaratmaq mümkün olacaq.

Beynəlxalq Valyuta Fondunun rəsmisi Marqaret Kotton karbon vergisinin tətbiqi məsələlərinin dünyanın gündəmində olduğunu qeyd edib, bu prosesdə nailiyyətlər və çətinliklər barədə məlumat verib.

Karbon qiymətqoymasının tətbiqi mexanizmlərini təkmilləşdirməyin sağlam və təhlükəsiz ekoloji mühit üçün əhəmiyyət daşıdığını bildirən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perinyon De Troy tədbirin keçirilməsində əsas hədəflərdən birinin karbon qiymətqoyma üzrə təşəbbüsləri nəzərdən keçirmək, bu sahədə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi və əməkdaşlığın təşviqini təmin etmək olduğunu qeyd edib.

Forumun birinci günündə “Karbon qiymətqoyma və karbon vergisinə giriş”, “Karbon vergisinin tətbiqi: dünya təcrübəsi”, “Karbon vergisinin iqtisadi təsirləri” və “Karbon vergisindən istifadə və innovasiya” mövzularında sessiyalar keçirilib.

Sessiyalar zamanı “karbon vergiləri”, emissiyaların ticarət sistemləri və hibrid modellər kimi müxtəlif “karbon qiymətləri”nin müəyyən edilməsi yanaşmaları, “karbon qiymətləri”nin təhlili, bu siyasətin inkişafı və beynəlxalq əməkdaşlıq üçün prioritetlərin müəyyənləşdirilməsi, “karbon qiymətləri”nin digər iqlim siyasəti və təşəbbüsləri ilə inteqrasiyası müzakirə olunub. Mövcud və yeni yaranan “karbon qiymətqoyma”, “karbon vergisi”nin icmalı, məqsədi və qlobal nümunələr, “karbon vergisi”nin tətbiqi ilə bağlı çətinliklər və uğurlu təcrübələr, “karbon vergisi”nin iqtisadi təsirlərinin təhlili, istifadə strategiyaları, texnoloji innovasiya və yaşıl enerjinin sürətləndirilməsində rolu kimi mövzular barədə təqdimatlar nümayiş etdiriləcək.

Forumun ikinci günündə iki sessiya keçiriləcək. “Maraqlı tərəflərin perspektivləri və ictimai iştirak” və “Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM)” mövzularında təşkil edilən sessiyalarda karbon vergisinin sosial təsiri, hökumət, biznes, QHT-lər və ictimaiyyətdən müxtəlif maraqlı tərəflərin baxışları, CBAM-in məqsədi, əhatə dairəsi, iqtisadi və ətraf mühitə təsiri, CBAM-ə hazırlıq üçün Yol xəritəsi barədə ətraflı məlumat veriləcək.

İkigünlük forum çərçivəsində karbon qiymətləndirilməsi mövzusunda müxtəlif müzakirələr, beynəlxalq təcrübədə tətbiq edilən mexanizmlərin nəzərdən keçirilməsi və konstruktiv dialoqların qurulması gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

Zəfərlə anırıq... 

08:30
27 Sentyabr

Gəncədə Anım Günü ilə bağlı 44 Eldar şamı əkilmişdir

08:25
27 Sentyabr

Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı

08:20
27 Sentyabr

İlham Əliyevin yaratdığı şanlı tarix

08:15
27 Sentyabr

Milli həmrəyliyin qələbəsi

08:10
27 Sentyabr

27 sentyabrdan başlayan Zəfər salnaməsi 

08:05
27 Sentyabr

VƏTƏNİN ŞƏHİD BALALARI 

08:00
27 Sentyabr

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!