23 Iyun 2022 12:59
349
CƏMİYYƏT
A- A+

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının üçüncü iclası keçirilib  

 

İyunun 23-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək İslam Əməkdaşlıq Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının ilk sessiyasının İƏT regionunda gənclər və idman problemlərinin həlli üçün institusional zəmin yaratdığını bildirib.

“Bu, İslam Həmrəyliyi İdman Federasiyası və Səudiyyə Ərəbistanı Krallığı ilə birgə əməkdaşlıq edən İƏT Baş Katibliyinin sayəsindədir”, - deyə F.Qayıbov vurğulayıb.

2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkilində səmərəli tərəfdaş olduğuna görə İslam Əməkdaşlığı Gənclər Forumuna dərin minnətdarlığını bildirən nazir, eyni zamanda, bu ilin avqustunda Konyada 5-ci İslam Oyunlarına ev sahibliyi edəcək Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinə də uğurlar arzulayıb.

İclasda, həmçinin ICYF-nin həyata keçirdiyi fəaliyyət və layihələrin hesabatı təqdim olunub.

Daimi Nazirlər Şurası İƏT Baş Katibliyi, İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Gənclər Forumu ilə birlikdə İƏT Üçlüyü (Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı), Fələstin, İran, Seneqal, İraqdan ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video