15 Yanvar 2022 00:38
738
Səhiyyə
A- A+

Bakıda “Alman-Azərbaycan Ginekologiya günü” adlı tədbir olub

 

Yanvarın 14-də Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya günü” adlı tədbir keçirilib.

Tədbir ərəfəsində Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının professoru Sven Becker ilə Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyevin görüşü olub.

AZƏRTAC xəbər verir ki, “Alman-Azərbaycan Ginekologiya günü”ndə MOM-in Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev mərkəzin baş direktoru, akademik Cəmil Əliyevin nitqini iştirakçıların diqqətinə çatdırıb: “Hörmətli qonaqlar, hər birinizi salamlayıram. Bildirmək istəyirəm ki, Alman-Azərbaycan Ginekologiya günü” qadın xəstəliklərinin profilaktikası və müalicəsi, ümumilikdə qadın sağlamlığının qorunmasına həsr olunub. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin müalicəsi, eləcə də qadınların sağlamlığı prioritet məsələlərdən biri kimi daim dövlətin nəzarətindədir”. C.Əliyev konfrans iştirakçılarını təbrik edib, onlara xoş əhvali-ruhiyyə arzulayıb və konfransı açıq elan edib.

Konfransda Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının və Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxış ediblər.

Professor Sven Becker tədbirdə ginekologiya, xüsusilə də onkoginekologiya sahəsindəki ən yeni innovasiyalar, proqressiv müalicə metodları və digər aktual məsələlər barədə məlumat verib. O, həmçinin Azərbaycan və Almaniyanın müvafiq xəstəxanalarının həmin sahə üzrə gələcək əməkdaşlığından bəhs edib: “Ümid edirəm ki, gələcəkdə müəyyən onkoloji xəstəliklərin müalicəsi ilə bağlı təcrübə mübadiləsini və analoji konfransların sayını artıracağıq. Cəmiyyətdə hətta bir sıra hallarda sosial problemlərə yol açan xəstəliklərin müalicə metodlarının bu cür işgüzar görüşlər çərçivəsində müzakirəsi çox faydalıdır”.

Tədbirdə Gothe Universiteti Frankfurt Xəstəxanasının Onkoginekologiya şöbəsinin müdiri Xəyal Qasımlı da təqdimatla çıxış edib. Həkim-mütəxəssis onkologiya sahəsindəki aktual xəstəliklərin gedişatı, profilaktikası və müalicəsi barədə danışıb. Qeyd edib ki, ölkədə onkoloji xəstəliklərin müalicə və müayinə metodlarında tətbiq edilən yeniliklər nəticəsində xəstəliklə mübarizədə irəliləyişə nail olunub. 

Ümumilikdə təqdim edilən məruzələr “Ginekoloji cərrahiyyə və Fertility. Əhəmiyyətli olan nədir?”, “Endometriozun müasir müalicəsi. Cərrahiyyə və konservativ müalicənin inteqrasiyası”, “Endometrium xərçənginin molekulyar profili. KRAS və PI3K siqnal yolu mutasiyalı endometrium xərçəngində  Polo-like Kinase 1 (PLK1)-ın proqnostik və terapevtik əhəmiyyəti”, “3D laparoskopiyanın ve ICG texnologiyanın endometrial xərçəngin müalicəsində rolu”, “Konservativ müalicə yoxsa dərhal konizasiya? HSIL ve ACIS-ın yaş qruplarına görə və hamiləlikdə terapevtik strategiyası” mövzularını əhatə edib.

“Alman-Azərbaycan Ginekologiya günü” tədbirinin iştirakçıları ginekoloji xəstəliklərin artım dinamikası barədə fikir mübadiləsi aparıb, analoji toplantıların daha intensiv şəkildə reallaşdırılmasının zəruriliyini vurğulayıblar.

“Alman-Azərbaycan Ginekologiya günü” tədbiri hibrid formatda keçirilib və “Zoom” platforması üzərindən onlayn şəkildə yayımlanıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video