23 Sentyabr 2022 16:35
334
CƏMİYYƏT
A- A+

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

 

Sentyabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhid ailələri ilə görüş keçirilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsində şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən videoçarx nümayiş olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan Ordusu əks-hücuma keçərək işğal altındakı torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbə əldə edildi.

Bu il avqustun 3-də və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi, onun böyük sayda canlı qüvvə və hərbi texnikaları məhv edildi.

Vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə, həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində böyük Zəfər qazanıldı. Qazanılan bu Qələbə dövlətimizin başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.

Bildirildi ki, qazanılan Qələbədə Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaəti xüsusi qeyd edilməlidir. “Biz döyüşlərdə şəhid olmuş vətən övladlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu Tanrıdan rəhmət diləyirik. Şəhid ailələri ilə yanaşı qanlı döyüşlərdə yaralanan qazilərimiz də daima dövlət qayğısı ilə əhatə olunub. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür”, - deyə Eldar Əzizov qeyd edib.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənilib, onların sual və təklifləri, ilk növbədə, şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər nəzarətə götürülüb.

Çıxış edən şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video