20 Iyun 2022 11:27
1145
İDMAN
A- A+

Bakı Şəhər Halqasındakı yollar nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib

Bakı Şəhər Halqasına aid olan küçə və prospektlərdə, Formula 1 azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb. Bununla Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi son altı ildə, yollar, bir həftə olmaqla ən qısa zaman müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.

“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaq”, - deyə Arif Rəhimov vurğulayıb.

Qeyd edək ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il Formula 1 Azərbaycan Qran Prisi iyunun 10-dan 12-dək keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video