29 Noyabr 2019 11:36
3582
Turizm
A- A+

Bakı Konqres Mərkəzində “Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb


Noyabrın 29-da Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb.

Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ötən ilki sammitdən sonra turizm sahəsində görülən işlərdən və agentliyin gələcək planlarından danışıb.

Qeyd edib ki, agentliyin turizm sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir.

Fuad Nağıyev bir illik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz daha çox olduğunu, xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə edildiyini söyləyib. "Bu ilin 10 ayı ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib. Biz turizmin inkişafında sağlam mühitin yaradılmasının tərəfdarıyıq. Bu istiqamətdə addımlar atmışıq və atırıq. Bir çox ölkələrdən Azərbaycana turist axınına nail olmuşuq. Görəcəyimiz işlər hələ qarşıdadır" , - deyə F.Nağıyev söyləyib.

Qurum rəhbəri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına davamlı diqqət ayrıldığını vurğulayıb və göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Turizmin inkişafı ilə yanaşı, turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyələrimizi qorumağın vacibliyini vurğulayan Fuad Nağıyev rəhbəri olduğu qurumun tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək üçün kompleks işlər apardığını qeyd edib.

Agentlik sədri formalaşan turizm sənayesinin üzvlərinin müxtəlif assosiasiyalarda birləşməsinin müsbət hal kimi qiymətləndirərək bu cür ictimai təşəbbüslərin vacibliyini bildirib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin məhsuldarlığına toxunaraq gələcək planlar və layihələr, qlobal, eləcə də regional bazarlarda aparılan marketinq strategiyası barədə məlumat verib.

O, "Bir daha bax” şüarı ilə Azərbaycanın turizm potensialının və yeni turizm brendinin beynəlxalq platformalarda uğurlu təqdimatından, dünya üzrə 3 milyardadək insana çatdırılmasından bəhs edib.

Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə keçirilən sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunub.

Sessiyalar "Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, "Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, "Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, "Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, "Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, "Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzularını əhatə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video