02 Oktyabr 2025 12:18
6315
COP29
A- A+
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” adlı tədbir təşkil olunub  

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” adlı tədbir təşkil olunub  


Artıq ikinci dəfədir Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində rəsm sərgisi və startap layihələrinin qiymətləndirilməsi günü təşkil olunur. Burada incəsənət və innovasiyalar birgə vəhdət təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu COP29 Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində

Heydər Əliyev Mərkəzində keçirilən “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” tədbirinin açılışında deyib.

O bildirib ki, sərgi həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən dəyərləndiriləcək: “Əminəm ki, burada təqdim olunan əsərlər və yeni layihələr hər kəsdə böyük maraq və zövq oyadacaq. Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Mərkəz hər zaman böyük layihələrə dəstək göstərir və bu, bizim üçün çox dəyərlidir”.

Muxtar Babayev, həmçinin COP29 komandasının fəaliyyəti barədə danışıb: “COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai və onun komandası Bakı İqlim Fəaliyyəti Həftəsini təşkil edib. Bu, artıq ikinci ildir keçirilir və əminik ki, növbəti illərdə də davam edəcək. Dünyada iqlim həftələri çox populyardır. Bir neçə gün əvvəl Nyu-Yorkda keçirilən İqlim Həftəsində də fəal iştirak etdik. İndi Bakı mərhələsidir, daha sonra digər ölkələrdə davam edəcək. İlin sonunda isə Braziliyada Sədrliyimizi digər ölkəyə təqdim edəcəyik”.

O əlavə edib ki, bütün bu uğurlar Azərbaycanın dövlət rəhbərliyinin diqqəti və dəstəyi sayəsində mümkün olub: “Prezident İlham Əliyevin bu məsələlərə göstərdiyi xüsusi diqqət və liderliyi nəticəsində bu gün böyük uğurlar əldə edirik. Onun iradəsi və layihələrin icrası Azərbaycanın tərəfdaşlarına və beynəlxalq ictimaiyyətə də nümunə kimi çatdırılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: 47 cinayətin açılması təmin edilib

12:10
14 Noyabr

BDYPİ piyadaları yolu keçərkən ehtiyatlı olmağa çağırıb  

12:09
14 Noyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dollara çatıb  

12:08
14 Noyabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

12:07
14 Noyabr

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb  

11:53
14 Noyabr

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

“OpenAI” GPT-5.1-i təqdim etdi: daha “ağıllı” və daha fərdiləşdirilmiş süni intellekt  

10:20
14 Noyabr

NYT: Pentaqon F-35-lərin Ər-Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır  

10:19
14 Noyabr

Kiyev raket və dronlarla vurulur, dağıntılar var  

10:04
14 Noyabr

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

10:03
14 Noyabr

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

09:00
14 Noyabr

Ən böyük qazancı sevgi və alqışlardır 

08:55
14 Noyabr

Şirin mərəzin fəsadları

08:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!