06 Yanvar 2022 12:56
521
Təhsil

Bakı Ali Neft Məktəbinin tələbələri "NETTY-2021" mükafatına layiq görülüblər

 

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Crocusoft” mobil komandası “NETTY-2021” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

Bu barədə BANM-dən məlumat verilib. Bildirilib ki, komandanın hazırladığı "Smart Customs" tətbiqi “İlin mobil tətbiqi” seçilərək "Dövlət və cəmiyyət" nominasiyasında qalib olub. Tələbələrin hazırladığı tətbiq 300 mindən çox yüklənmə sayı, 5 min rəy və 4.9 reytinqlə önə çıxıb. “Crocusoft” komandasının proqramçıları BANM-in müxtəlif ixtisaslarının tələbələri - Mirkamal Qasımov, Aynur Əsədova, Elman Şükürov və Mirnicat Cabbarlıdır.

Qeyd edək ki, Azərbaycan Milli İnternet Mükafatında NETTY akademikləri 2021-ci ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video