06 Iyul 2022 13:25
543
CƏMİYYƏT
A- A+

Bahar Muradova: Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri narkomaniya ilə mübarizədir

Bəşəriyyət üçün təhlükəli problem olan narkomaniya ciddi narahatlıq doğurur. Onun genişlənməsinin qarşısının alınması çox mühüm məsələdir.

Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri narkomaniya ilə mübarizədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyulun 6-da yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı analitik hesabatın təqdimatı zamanı deyib.

Komitə sədri bildirib ki, BMT-nin hesabatına görə 2021-ci ildə 225 milyon insan narkotiklərdən istifadə edib. 100 min insan bu bəla nəticəsində həyatını itirib. Ötən il ölkəmizdə narkotiklərlərdən istifadə üzrə qeydiyyatda 34 min 602 nəfər olub. Bunlardan 566-sı qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub.

“Narkomaniya ilə mübarizə istiqamətində ölkəmizdə dövlət proqramları və müxtəlif layihələr həyata keçirilir. Dövlət komitəsi bu istiqamətdə üzərinə düşən işi məsuliyyətlə görməyə çalışır. Ötən il narkotiklərdən istifadəyə qarşı ümumilikdə 84 min təlim keçirilib. Əsas məqsədimiz yetkinlik yaşına çatmayanları bu bəladan uzaqlaşdırmaqdır”, - deyə Bahar Muradova qeyd edib.

O vurğulayıb ki, narkomaniya ilə mübarizədə təkcə dövlətin deyil, qurumların, cəmiyyətin bir yerdə, yəni kompleks şəkildə işləməsi daha məqsədəuyğundur. Komitə sədri gəncləri bu zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video