06 Iyul 2022 01:24
207
İQTİSADİYYAT

"Azpetrol" yanacaqdoldurma məntəqələrinin sayı 92-yə çatdı

 

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti strateji inkişaf planına uyğun olaraq yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.

"Azpetrol" şirkəti tələbatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti, 1240-cı məhəllə ünvanında yerləşən "Nobel" qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində QDM yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və maye-qaz doldurma postu (LPG) yaradılıb.

Bununla da "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 92-yə çatdırılıb.

Yenilənmiş "Nobel-2-YDM" ərazisində sürücülərə həmçinin kafe, avtoyuma, "Azpetrol" və bank kartlarına xidmət, bankomat, maye-qaz postu (LPG) və elektromobillərin doldurulması xidmətləri də təklif olunur.

Qeyd edək ki, mövcud yanacaqdoldurma məntəqələrində aparılan işlər "Azpetrol" şirkətinin 25 illik yubileyi ərəfəsində həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi olan "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. "Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 92 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahəsi mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video