"Azərişıq" ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir
Tovuz rayonunun Qaradaş və Səfəri kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişıq" ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Tovuzun ucqar dağ kəndləri olan Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
"Azərişıq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 83 abonenti olan Qaradaş kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 13 kilometrə yaxın 10 kV-luq, 11 kilometrdən çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Tovuzun Səfərli kəndində də yenilənmə işləri davam etdirilir. 95 abonenti olan kənd ərazisində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 17 kilometrdən çox 10 kV-luq, 14 kilometrdən artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Qaradaş və Səfərli kəndləri ilə yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır. 4 kənddə yenidənqurma işləri yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
24 Aprel
İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək
24 Aprel
Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb
24 Aprel
Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
24 Aprel
Filippində istidən altı nəfər ölüb
24 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
24 Aprel
KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik ...
24 Aprel
“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib
24 Aprel
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib...
24 Aprel
Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!